Tarix : 2022 Mar 30
Kod 62397

Xətibzadə: "Şər zirvəsinin keçirilməsi Fələstinin azadlığı amalına xəyanətdir"

İranın Xarici İşlər Nazirliyinin sözçüsü işğal olunmuş Fələstində şər sammitinin keçirilməsini pisləyib və bunu Fələstinin azadlığı amalına xəyanət kimi qiymətləndirib.

Arannews : məlumatına əsasən, Səid Xətibzadə terrorçu sionistlər və Qüds işğalçıları ilə münasibətlərin normallaşdırılması və qurulması cəhdini pisləyib və bunu məzlum Fələstin xalqına arxadan vurulan xəncər və İsrailin uşaq öldürən rejiminə hədiyyə kimi qiymətləndirib. 
Xətibzadə vurğulayıb: "Tarixi təcrübə göstərib ki, sionist rejimə güzəştə getmək və təslim olmaq prosesi məğlubiyyətdən və himayədarlarının alçaldılmasından başqa heç nə ilə nəticələnməyib və Fələstin torpağı fələstinlilərin müqaviməti və İslam xalqları və hökumətlərinin dəstəyi olmadan azad edilməyəcək".
Dörd ərəb ölkəsi olan Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeşin xarici işlər nazirləri bazar günü İsrail rejiminin xarici işlər naziri Yair Lapid və ABŞ dövlət katibi Entoni Blinkenin də iştirakı ilə işğal altındakı Nəqəbdə keçirilən toplantıda iştirak ediblər.

  • Yazılıb
  • da (də) 2022 Mar 30
  • Göndərən جهان کمالی