Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
arannews.com xəbər verir ki: bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.
Danışıqların aprelin 6-da keçirilməsi planlaşdırılır.
Görüşün hansı formatda baş tutacağı barədə məlumat verilməyib.
Xatırladaq ki, Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ötən ilin dekabr ayının 14-də görüşüb. Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan problemi ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Akif İsmayılov