Tarix : 2022 Apr 03
Kod 62403

İmran Xan ABŞ-ı onu devirməkdə ittiham edir

"Müxalifətin məni vəzifədən uzaqlaşdırmaq cəhdi ABŞ-ın daxili siyasətimizə açıq müdaxiləsidir".

Arannews : xəbər verir ki, bunu sabah keçiriləcək etimadsızlıq səsverməsindən əvvəl Pakistanın Baş naziri İmran Xan deyib.
Xan bildirib ki, martın 8-də Pakistanın Vaşinqtondakı səfiri ABŞ rəsmiləri ilə görüşüb və rəsmi görüşdə ona “təhdid məktubu” verilib.
O, etimadsızlıq səsverməsinin Pakistanda açıq-aşkar rejim dəyişikliyi cəhdi olduğunu və “ABŞ ilə əməkdaşlıq çərçivəsində planlaşdırıldığını” bildirib.
"Planlarımız var. Mənim qərarım yeni seçkiyə getməkdir", - deyə İmran Xan vurğulayıb.
Qeyd edək ki, sabah Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçiriləcək.

  • Yazılıb
  • da (də) 2022 Apr 03
  • Göndərən جهان کمالی