Tarix : 2022 Apr 03
Kod 62405

Keçmiş prokuror Putinin həbsinə order verilməsini istəyib - Sonun başlanğıcı

Ruandada hərbi cinayətləri araşdıran BMT-nin keçmiş Yuqoslaviya Tribunalının Beynəlxalq Ədalət Məhkəməsinin keçmiş prokuroru Karla del Ponte Beynəlxalq Cinayət Məhkəməsini Vladimir Putinin həbsi üçün order verməyə çağırıb.

.Arannews : xəbər verir ki, “The Guardian”nın verdiyi məlumata görə, o, bu barədə “Le Temps” qəzetinin bu günkü sayında dəc edilən müsahibəsində bildirib.
Del Ponte vurğulayıb ki, Putinin həbsi üçün orderin verilməsi istintaq addımlarının atıldığına dair mühüm siqnaldır. Lakin onun sözlərinə görə, bu cür hərəkətlər heç də Kreml rəhbərinin order verilməklə həbs olunacağı anlamına gəlmir.
"Bu, mövcud olan yeganə alətdir və müharibə cinayəti törədəni həbs edib Beynəlxalq Ədalət Məhkəməsin qarşısına çatdırmağa imkan verən vasitələrdən biridir. Əgər Putin Rusiyadan kənara çıxmasa, bu həbsi heç vaxt rellaşdırmaq mümkün olmayacaq. Amma dövlət başçısı artıq ölkəsini tərk etməyi bacarmayacaq və bu, ona qarşı çoxlu dövlətlərin olduğuna dair güclü siqnal olar”, - deyə Karla del Ponte qeyd edib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkələrin koalisiyası Rusiyanın Ukraynaya təcavüzü cinayətlərinə baxacaq xüsusi tribunal yartmaq barədə düşünür.
Daha sonra BMT Şurası Rusiya Federasiyasının Ukraynaya qarşı müharibə zamanı törətdiyi hərbi cinayətləri araşdırmaq üçün komissiyanın üzvlərini təyin edib. Onların öhdəliklərinə pozuntular, sui-istifadə hallarına dair sübutların toplanması və toplanan materialların təhlili də daxildir. Belə görünür ki, böyük güclər tərəfindən Putinin ətrafında əməliyyatlar planına start verilib.

  • Yazılıb
  • da (də) 2022 Apr 03
  • Göndərən جهان کمالی