Tarix : 2022 Apr 03
Kod 62406

FHN: Bakıda gecə klubunda partlayışda 1 nəfər ölüb, 31 nəfər yaralanıb

Fövqəladə Hallar Nazirliyi Bakıda gecə klubunda baş verən partlayışda zərər çəkənlər barədə məlumat yayıb.
Arannews :Nazirlikdən APA-ya daxil olan məlumatda deyilir:
“Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub”.
  • Yazılıb
  • da (də) 2022 Apr 03
  • Göndərən جهان کمالی