Pakistanın baş naziri bu ölkə parlamentinin onun nazirlər kabinetinə etimad layihəsi iclası ərəfəsində bir tvitt-də yazıb: Bu gün xəyanət qarşısında durduğumuz gündə İmam Hüseyn(ə) bizim qüdrət mənbəyimizdir.
Arannews :imran xan bu tvitt-də vurğulayıb: Kərbəlada, sayı həddən çox olan düşmənlə qarşılaşmada İmam Hüseyn(ə), Əhli-Beyt(ə) və onların davamçıları canlarını fəda etdilər ki, haqq ilə nahaqqın fərqini aydın şəkildə insanlara göstərmiş olsunlar.
Pakistanın baş naziri İmran xana etimadsızlıq layihəsinin araşdırılması üzrə ikinci iclas ötən cümə axşamı günü müştərək müxalifət cəbhəsi nümayəndələrinin iştirakı ilə bu ölkənin milli məclisində keçirildi və milli məclisin sədr müavini iclasın davamını bazar gününə saxladı.
Bu gün baş nazirə etimadsızlıq üzrə səsvermə iclası keçirilməlidir. Bununla belə, müşahidəçilər bu qənaətdədirlər ki, Pakistanın baş naziri parlamentdən etimad səsini alacağına inanır.