Tarix : 2022 Apr 04
Kod 62410

Rəisi islami ölkələrin başçılarını təbrik edib

İran İslam Respublikasının prezidenti ayrı-ayrı mesajlarda mübarək ramazan ayının başlanması münasibətilə islami ölkələrin başçılarını təbrik edib.

Arannews :Seyid İbrahim Rəisi bu mesajlarda bildirib: Bir daha ramazanın xoş ətri gəlir ki, Qədr gecəsi kimi bir gecədə insanın taleyinin təyin olunduğu bu xeyir-bərəkətli və Quranın nazil olduğu ay,/ günahdan çəkinmək və nəfsi təmizləmək yolu ilə təqvalı olub, təqvalılar sırasında qərar tapmaqla Allah-Taalaya yaxın olmağa nail olmaq istiqamətində müsəlmanlar və Allahın saleh bəndələri üçün bir fürsət olmuş olsun.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin ayın görünməsi üzrə baş qərargahı bildirib ki, bazar günü, mübarək ramazan ayının ilk günüdür.
Azərbaycan Respublikası, Türkiyə, Qətər, Ərəbistan, Fələstin, Bəhreyn, Küveyt, Suriya, əmirliklər və Yəmən şənbə gününü mübarək ramazan ayının ilk günü elan ediblər.
İordaniya və Oman da şənbə gününü şəban ayının sonuncu günü və bazar gününü mübarək ramazan ayının birinci günü elan ediblər.
İraq şiələrinin böyük təqlid mərcəyi- Ayətullah Sistaninin ofisi də bazar gününü mübarək ramazan ayının birinci günü elan edibdir.

  • Yazılıb
  • da (də) 2022 Apr 04
  • Göndərən جهان کمالی