İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib ki, Ukraynada müharibə ABŞ, NATO və Avropanın qüdrətinin azalmasına səbəb olub.
Arannews :General-mayor pasdar Seyid Yəhya Rəhim Səfəvi universitet müəllimləri və komandanlardan bir qrupu ilə görüşdə region və dünyadakı son hadisə və dəyişikliklərə işarə ilə əlavə edib: Dünyada yeni bir dövran başlanıb. Hazırkı şərait və Avropa qitəsində Rusiya-Ukrayna müharibəsi 1945-ci ildə ikinci dünya müharibəsi bitəndən sonra nadir bir hadisə olubdur.
General-mayor pasdar Səfəvi bildirib ki, Rusiya SSRİ ərazilərini öz milli təhlükəsizlik mühiti hesab edir.
O, əlavə edib: SSRİ-nin dağılmasından sonra Rusiyanın siyasətlərinin əksinə olaraq, Sovet İttifaqından ayrılmış bu ölkə ilə həmsərhəd olan Litva, Latviya və Estoniya kimi demək olar ki, bütün ölkələr tədricən NATO-ya üzv oldular və hazırda otuz ölkə NATO-ya üzvdür.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib: Ukrayna və Rusiyanın coğrafi taleyi bir-birinə bağlanıb. Əgər amerikalılar və NATO Ukraynanı öz üzvlüyünə qəbul etməyə və öz silahları, hava hücumundan müdafiə və raket sistemlərini Ukraynada yerləşdirməyə müvəffəq olsaydı, Rusiya ciddi bir təhdidlə üzləşmiş olardı.