Tarix : 2022 Apr 09
Kod 62425

Pak Rəzəvi(ə) hərəmindəki terror hücumu pislənib

Azərbaycan Respublikası müsəlman birliyi hərəkatı pak Rəzəvi(ə) hərəmində dini elmlər üzrə tələbələrə qarşı terror hərəkətini pisləyib.

Arannews :Azərbaycan Respublikası müsəlman birliyi hərəkatının sədr müavini Hacı Elçin Qasımov öz facebook səhifəsində İmam Rza(ə)-ın pak hərəmində üç ruhaniyə qarşı terror hücumunu İslam düşmənlərinin müsəlmanların birliyi və din alimlərindən qorxmalarının nişanəsi adlandırıb və belə deyib: Dünya bir daha şahiddir ki, müsəlmanlar terrorizmdən ən çox ziyan çəkirlər.
Azərbaycan Respublikası müsəlman birliyi hərəkatının sədr müavini vurğulayıb: Düşmənlər bilsinlər ki, heç vaxt İslam Ümmətinin həqiqəti qarşısında dayana bilməzlər və məğlubiyyətə məhkumdurlar.
Çərşənbə axşamı günü axşam saatlarında bir təkfirçi şəxs İmam Rza(ə)-ın hərəmində bıçaqla üç ruhani zəvvara hücum etdi. Bu hücum nəticəsində iki ruhani şəhid oldu, bir nəfər isə yaralandı.
Hücumçu dərhal həbs edilib, nizam-intizam qüvvələrinə təhvil verildi.

  • Yazılıb
  • da (də) 2022 Apr 09
  • Göndərən جهان کمالی