Tarix : 2022 Apr 09
Kod 62427

Biləsuvar şəhər Cümə məscidi

Məscid Biləsuvar şəhərinin mərkəzində, Heydər Əliyev küşəsi, 63-də yerləşir. Məscid 1992-ci ildə inşa olunub.

 Arannews :Biləsuvar şəhər Cümə məscidi keçmiş icra hakimiyyətinin başçısı Yusif Mehtiyev və Axund Əlifağa Böyükağa oğlu təşəbbüsü ilə yerli sakinlərin vəsaitinə tikilmişdir.
Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Məscidin əsas binasının günbəzi ağ dəmir təbəqədən işlənmişdir. İbadət evinin iki minarəsi var və onların hündürlüyü 15 metr təşkil edir. Pəncərələr tağvari formadadır və taxtadan düzəldilib. Məscidin tağvari formalı üç giriş qapısı var. Əsas ibadət zalı dairəvi formadadır. Məscidin minbəri taxtadandır və yeddipilləlidir.
Burada eyni zamanda mədrəsə də tikilmişdir. Tədris binası dairəvi formadadır.
Bu ibadət yeri yerli əhəmiyyətli tikilidir.

  • Yazılıb
  • da (də) 2022 Apr 09
  • Göndərən جهان کمالی