Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın təklifi əsasında “Qüds əsas prioritetdir” bu il ümumdünya Qüds gününün şüarı kimi təyin edilib.
Arannews :hər il olduğu kimi bu il də ümumdünya Qüds günü mübarək ramazan ayının sonuncu cüməsində qeyd olunacaq.
Ümumdünya Qüds gününün keçirilməsinə qarşı ayrı-ayrı məkirli planlara rəğmən hər il bu münasibət daha möhtəşəm şəkildə qeyd olunur.
Bu il ümumdünya Qüds günü üçün Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın təklifi əsasında “Qüds əsas prioritetdir” şüarı təyin edilib.