Tarix : 2022 Apr 10
Kod 62431

Paşinyan Putinə Brüssel görüşündən DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Arannews :“news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün baş tutan telefon danışığı zamanı tərəflər Qarabağdakı son vəziyyəti müzakirə ediblər.
Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin 6-da Brüsseldə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb.
Məlumata görə, tərəflər həmçinin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd ediblər.

Putin proseslərə hər cür dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

  • Yazılıb
  • da (də) 2022 Apr 10
  • Göndərən جهان کمالی