Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko aprelin 12-də Kosmonavtika Günündə Amur vilayətindəki “Vostoçnıy” kosmodromuna səfər edəcəklər.
Bu barədə Arannews - “Rossiya 1” telekanalı məlumat yayıb.
Kosmodromda iki ölkənin prezidentləri danışıqlar aparacaq. İki ölkə liderinin Rusiya-Ukrayna danışıqlarını da müzakirə edəcəkləri bildirilib.
Səfər zamanı, həmçinin, Vladimir Putin və Aleksandr Lukaşenko kosmodromda tikinti işlərinin gedişini qiymətləndirəcək, işçilərlə görüşəcək, kosmonavtları mükafatlandıracaqlar.
Sonra prezidentlər mətbuat konfransı verəcək.