Tarix : 2022 Apr 12
Kod 62437

Azərbaycan Respublikası Rusiyanın dəstəklədiyi separatçıları tanımır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya tərəfindən dəstəklənən separatçı “Cənubi Osetiya Respublikası”-nın paytaxtı Tsxinvalidə 10 aprel 2022-ci il tarixində keçirilmiş prezident seçkilərini, həmçinin onların nəticələrini tanımadığını bildirib.

Arannews :Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda deyilir: Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
Bəyanatda qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

  • Yazılıb
  • da (də) 2022 Apr 12
  • Göndərən جهان کمالی