Onlar heç bir vəchlə inkişafda olan ölkələrin, o cümlədən İranın bu texnologiyaya nail olmasını istəmirlər
Iran Servisi/Aran Agentliyi
İİR hökumətinin Məsləhətlər üzrə Qərar Şurasının sədri Ayət. Rəfsəncani rəsmi Tehrana qarşı törədilən pozuculuq və müxalifətlərin səbəbini İranın nüvə monopoliyasını sındırmaq bilib.
"İRNA" xəbər verir: İİR hökumətinin Məsləhətlər üzrə Qərar Şurasının sədri cümə günü Tehranda tələbələrdən ibarət bir kütləni qəbulu zamanı, inkişaf etmiş ölkələrdən bəzisinin üstün texnologiyaları özlərinin inhisarçılığında saxlamağa cəhd göstərmələrinə işarə edərək, deyib: Onlar heç bir vəchlə inkişafda olan ölkələrin, o cümlədən İranın bu texnologiyaya nail olmasını istəmirlər.
Ayətullah Haşimi Rəfsəncani İranın inhisarçılıqları sındırmaq niyyətində olmasına işarə edərək, deyib: Bir ölkənin inkişaf etmiş ölkələrdən bəzisinin üstün texnologiyalarını keçmək istədiyi vaxt, ona qarşı təzyiqləri şiddətləndirir. Ancaq İran bu monopoliyanı sındırır.
İİR hökumətinin Məsləhət üzrə Qərar Şurasının sədri deyib: Əcnəbilər İranın nüvə bombasını hazırlamağı qarşıya məqsəd qoymamasından əmindirlər.
Onun sözlərinə görə, İran Səddam rejiminin İrana qarşı müharibəsində, qeyri-adi silahlardan istifadə etmədiyini sübuta çatdırdı və bu kimyəvi silahlardan zəhərlənən iranlılar Avropada müalicə olunan vaxt onlar bu silahların harada istehsal olunmasını dərk etdilər.
Ayətullah Haşimi Rəfsəncani enerji məsələsini bəşəriyyət üçün çox ciddi və həssas bir məsələ hesab edərək, deyib: Qara qızılın qiymətinin hazırkı gərgin vəziyyəti ondan irəli gəlir ki, amerikalılar öz sahillərində qazıntı əməliyyatları aparıb. Alyaska məntəqəsinin neft resurslarından yararlanmağa qadağa qoymuşdular ki, gələn illərdə və enerji sahəsində daha gərgin vəziyyətin yaşandığı bir şəraitdə onlardan istifadə etsinlər və bu sahədə dünyanın başqa ölkələrinə nisbətən xüsusi bir yeri tutsunlar. Halbuki hazırda qara qızıl qiymətinin gərginliyindən irəli gələn vəziyyət səbəb olub ki, ABŞ prezidenti C.Buş Alyaska sahilləri və müəyyən hissələrində qazıntı əməliyyatı aparmaq icazəsi ABŞ-ın qanunverici orqanlarından alsınlar.