Tarix : 2022 Apr 13
Kod 62443

Ramazan ayında səfərə çıxmaq

İslam şəriətinə görə, səfərə çıxan şəxsin orucu batil olur. Belə ki, səfərdə oruc tutmaq vacib deyil. Lakin bunun da özünəməxsus şərtləri var. Hətta bəziləri orucu açmaq üçün səfərə yola düşür.

Arannews :ilk öncə səfərin nə olduğunu bilmək gərəkdir. Səfər buna deyilir ki, insan yaşadığı şəhərin çıxışından ən azı 22 kilometr uzaqlaşsın və çatdığı məntəqədə 10 gündən çox qalmasın. Həmin 22 kilometr məsafənin qət olunduğu yerə “tərəxxüs həddi” deyilir.
Oruc tutarkən əsas şərtlərdən biri də səfərə zöhr azanından öncə və ya sonra çıxmaqdır. Çünki zöhr azanından sonra yola düşən şəxsin oruc tutması vacibdir. Lakin çatdığı məntəqədə 10 gündən az qalacağı təqdirdə növbəti gün oruc tutmamalıdır. Orucu, həmçinin zöhr azanından qabaq səfərə gedən və azana kimi vətəninə qayıdan şəxs tutmalıdır.
Burada şərt zöhr azanında vətəndə olmaqdır. Səfərdə o zaman oruc tutulmur ki, insan zöhrdən öncə səfərə çıxsın və zöhrdən sonra qayıtsın. Səfərə çıxmaq dedikdə bu 22 kilometr olan tərəxxüs həddini keçmək deyil, şəhərin çıxışından ayrılmaqdır. Lakin orucu yalnız tərəxxüs həddini keçdikdən sonra açmaq olar. Yəni bir kəs zöhrdən öncə şəhərdən ayrılsa, lakin 22 kilometri azandan sonra qət etsə, həmin şəxs zöhrdən öncə səfərə çıxmış hesab edilir və orucunu aça bilər.
Sadalanan şərtlərlə orucunu açan şəxs ramazandan sonra həmin günlərin qəzasını tutmalıdır. Amma qadağan olunmuş şərtlərlə orucunu pozsa, ona kəfarə də vacib olur.
Bundan əlavə, orucu açmaq üçün qəsdən səfərə getmək də olar. Lakin belə bir əməl məkruh hesab edilir.
İşi səfər etmək olan, yaxud səfəri günah səfər olan şəxs səfərdə oruc tuta bilər, hətta mübarək ramazan ayının orucu kimi vaxtı müəyyən olan vacib orucları səfərdə mütləq tutmalıdır.
Məsələni bilmədiyinə görə səfərdə oruc tutan və gün ərzində bu məsələni başa düşən şəxsin orucu batildir. Lakin məsələni məğribdən sonra başa düşərsə, tutduğu oruc düzgündür.
İnsan müsafir olduğunu unudarsa, yaxud oruc tutmağın müsafir üçün batil bir iş olduğunu unudarsa və səfərdə oruc tutarsa, vacib ehtiyata əsasən, hətta məğribdən sonra başa düşdüyü təqdirdə belə orucu batildir.

  • Yazılıb
  • da (də) 2022 Apr 13
  • Göndərən جهان کمالی