Tarix : 2022 Apr 15
Kod 62448

Ukraynanın vurduğu “Moskva” kreyseri batdı

Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının flaqmanı hesab olunan "Moskva" raket kreyseri batıb

Arannews : xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb
Gəminin batmasına səbəb kimi havanın fırtınalı olması göstərilib.
Qeyd olunub ki, gövdəsində sursatların partlaması nəticəsində gəmi dayanıqlığını itirib və təyinat limanına gədərkən batıb.
Xatırladaq ki, Ukrayna tərəfi gəminin yerli istehsal "Neptun" gəmi əleyhinə raket sistemləri ilə vurulduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi isə gəmidə partlayış olduğunu bəyan edib. Nazirlik sovet dövründən qalma gəmidə yanğının qarşısının alındığını, lakin gəmiyə ciddi ziyan dəydiyini qeyd edib.
Onu da bildirək ki, 1983-cü ildə istismara verilən "Moskva" raket kreyseri 700 km mənzilə malik 16 ədəd "Vulkan" qanadlı raketlərlə silahlanmışdı.

  • Yazılıb
  • da (də) 2022 Apr 15
  • Göndərən جهان کمالی