bu tələbi Böyük Quruluş Partiyası da dəstəkləyir: «Müsavat Partiyası çoxdan bəyan edib ki, seçki komissiyalarının formalaşdırılmasında iştirak etməyəcək
Azerbaijan Servisi/Aran Agentliyi
Bütöv Azərbayjan Xalq Cəbhəsi Partiyası Milli Məclisin növbədənkənar iclasının çağırılmasını və MSK-da Müsavat Partiyası üçün nəzərdə tutulmuş yerin ona verilməsini tələb edir. Bu barədə məlumatı ANS PRESS-ə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev verib. Onun sözlərinə görə, bu tələbi Böyük Quruluş Partiyası da dəstəkləyir: «Müsavat Partiyası çoxdan bəyan edib ki, seçki komissiyalarının formalaşdırılmasında iştirak etməyəcək. Seçki Məcəlləsində nəzərdə tutulur ki, 6 MSK üzvü parlament azlığını təmsil etməlidir. Hansısa partiya bu yerlərin tutulması prosesindən iştirak etmək istəmmirsə, bu, onun öz problemidir. Ona görə də həmin 6 yer parlamentdə azlıqda qalan digər partiyalara verilməlidir. Bu məsələ azlıqda qalan partiyaların maraqlarına, mənafelərinə toxunur. Üstəlik, azlıqda qalan partiya kimi biz seçkilərdə iştirak edirik. Biz vaxtilə öz namizədimizi irəli sürmüşdük. Bu baxımdan, Milli Məclisin növbəti iclası çağırılmalı və namizədimiz MSK-ya üzv təyin olunmalılıdır».
Qüdrət Həsənquliyevin fikrincə, prezidentliyə namizədlərin qeydə alınması mərhələsinə qədər MSK tam formalaşdırılmalıdır. Onun sözlərinə görə, problemlə bağlı bu gün Böyük Quruluş Partiyasının sədri Fazil Qəsənfəroğlu ilə də məsləhətləşmə aparıb: «Ümid edirəm ki, iqtidar bizim tələbimizə düzgün reaksiya verəcək və Milli Məclisin növbədənkənar iclası çağırılacaq».