Tarix : 2008 Aug 02
Kod 6246

Bu gündən Ermənistan müxalifəti kütləvi etiraz aksiyalarına başlayır

İrəvan meriyası avqustun 1-dən 6-dək Azadlıq meydanında, eləcə də Matenadaran ərazisində mitinq və yürüşlərin keçirilməsini qadağan edib
Armenia Servisi/Aran Agentliyi

Bu gündən Ermənistan müxalifəti kütləvi etiraz aksiyalarına başlayır. Müxalifət aksiyada siyasi məhbusların azadlığa buraxılması, mart hadisələrinin düzgün araşdırılması, müxalifətlə dialoqun aparılmasını tələb edəcək.
   
    Qeyd edək ki, İrəvan meriyası avqustun 1-dən 6-dək Azadlıq meydanında, eləcə də Matenadaran ərazisində mitinq və yürüşlərin keçirilməsini qadağan edib. Bundan əvvəl Ermənistanın Respublika partiyasının nümayəndəsi Artak Zeynalyan icra hakimiyyətinə avqustun 3-ü və 6-da kütləvi mitinq-aksiyaların keçirilməsi barədə müraciət etmişdi. Kütləvi aksiyalar Azadlıq meydanında, eləcə də Metandaran deyilən ərazidə baş tutmalı idi. Meriyanın çıxardığı qərara əsasən, təşkilatçılara digər yerlərdə aksiyanı keçirmək təklif edilib.

  • Yazılıb
  • da (də) 2008 Aug 02