Qazaxıstan Azərbaycan və Gürcüstanın potensiallarından istifadə etməklə beynəlxalq ticarətdə öz payını artırmağa, Şərqi Avropa və nəhayət, bütün Avropa ilə təhlükəsiz əlaqə yaratmaq ardıncadır.
AranNews - Keçmiş sovet respublikaları arasında demək olar ki, Qazaxıstan karbohidrogen və mineral ehtiyatlarına görə nisbətən daha inkişaf etmiş iqtisadiyyata malikdir və elə buna görə də beynəlxalq kanallarda güclü bir iştirak ardıncadır. Belə ki, Qazaxıstan hökumət rəsmilərinin sözlərinə görə, korona epidemiyasına və xarici siyasətdə yaranan yeni vəziyyətinə baxmayaraq, Qazaxıstan ərazisindən tranzit də daxil olmaqla, daşımaların həcmi artır. Xüsusilə də, 2022-ci ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Qazaxıstanda dəmir yolu daşımalarının həcmi 10% artaraq 70,8 milyon tona çatıb.
Həmçinin qeyd olunan dövrdə tranzit yükdaşımaların həcmi 20% artaraq 4 milyon tona çatıb və konteyner tranzitinin həcmi isə 174,7 min TEU, təqribən 12% artıb.
Çin və Avropa arasında illik konteyner tranzitinin həcmi yaxşı tendensiya nümayiş etdirir və 2021-ci ildə 732.000 TEU-ya yüksəlib. Ümumilikdə, ötən il Qazaxıstan ərazisindən bir milyondan çox konteyner və ya 23,8 milyon ton tranzit yük keçib. Qeyri-sabit geosiyasi və iqtisadi şəraitlə əlaqədar, həmçinin tranzit və yüklərin Avropaya daşınmasının azalmasının qarşısını almaq məqsədilə Qazaxıstanda alternativ marşrutlar yaradılıb.
Hazırda Azərbaycan və Gürcüstan ərazisindən keçən Transxəzər və TRASEKA beynəlxalq transsərhəd marşrutları ilə yüklərin daşınması istiqamətində işlər aparılır. Buna görə də ölkədaxili daşımalarda vahid tariflərin müəyyən edilməsinə imkan verəcək müştərək fəaliyyətin yaradılması ilə bağlı razılaşmalar əldə olunub.
Qazaxıstanın ticarət məqsədləri
Qazaxıstan dəmir yolu daşımalarının həcmini 420 milyon tona, tranziti 24,5 milyon tona, konteyner tranzitini isə 1 milyon 100 min TEU-ya çatdırmağı planlaşdırır. Bu gün tranzit yüklərin təxminən 90%-i dəmir yolu vasitəsilə daşınır və 2025-ci ilə qədər tranzit daşımaların həcmini 30 milyon tona çatdırmaq planlaşdırılır. Buna görə də, 2025-ci ilə qədər dəmir yolu nəqliyyatı sahəsində potensialın artırılması üçün üç əsas infrastruktur layihəsi həyata keçirilməlidir.
İlk layihə “Dostik-Moinatı”dır. , Bu layihənin həyata keçirilməsi Çin və Avropa arasında tranzit daşımaların həcmini artıracaq, bu sektorun əməliyyat imkanlarını 5 dəfəyə qədər çoxaldacaq və daşımaların sürətini sutkada 1500 km-ə qədər artıracaq.
İkinci layihə isə “Darbaza – Maktaaral”dır. Mərkəzi Asiya ölkələrinə tranzit məsafəsini, eləcə də Özbəkistana çıxışı azaldır.
Üçüncü layihə isə “Almatı Stansiyasının Dolama Dəmir Yolu” layihəsidir. Almatı habını 30% boşaltmağa və çatdırılma müddətini 24 saata endirməyə imkan verir.
Eyni zamanda, Qazaxıstanın infrastrukturu təbii ki, modernləşdirmə və tikinti yolu ilə həll edilə bilən problemlərlə üzləşir. Qeyd etmək lazımdır ki, yuvarlanan avadanlıqların aşınması hər il artır və ticarət dəniz donanmasının olmaması isə dəniz logistika infrastrukturunun tam yüklənməsinə imkan vermir. Tranzit və nəqliyyat potensialını aktivləşdirmək üçün sərhəd keçidlərində inzibati maneələri azaltmaq və Qazaxıstanın nəqliyyat infrastrukturunun imkanlarını artırmaq lazımdır.
Yuxarıda göstərilənlərə əsaslanaraq, Qazaxıstanın Baş naziri Əlixan İsmayılov dövlət qurumlarının və milli şirkətlərin rəhbərlərinə göstəriş verdi ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə əməliyyatların sabitliyini, eləcə də Qazaxıstanın işgüzar dairələri üçün inteqrasiya olunmuş rəqabətə davamlı tarifin qəbuluna əminlik yaratsınlar.
Cənubi Qafqazın rolu
Ukrayna münaqişəsinə və Rusiyaya qarşı iqtisadi sanksiyalara diqqət etməklə, Qazaxıstan indi Cənubi Qafqaz yolu ilə Rusiyadan yan keçməyin yolunu axtarır.
Əslində, Qazaxıstan Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi beynəlxalq sanksiyalar səbəbindən ixracını və tranzitini alternativ yollarla Cənubi Qafqaza yönəltməyə çalışır.
Belə ki, Qazaxıstan Baş nazirinin ofisi elan etdi: “Hazırda Azərbaycan və Gürcüstan ərazisindən keçən Transxəzər və TRASİKA beynəlxalq marşrutu üzrə yüklərin daşınmasının istiqamətləndirilməsi üzrə işlər aparılır.”
Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev də bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə ilə Orta dəhliz kimi tanınan TTIR adlı müştərək müəssisənin yaradılması barədə razılığın əldə edildiyini bildirib.
Cənub-Şərqi Asiya və Çindən başlayan Transxəzər beynəlxalq nəqliyyat marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçərək digər Avropa ölkələrinə çatır. Bu koridorun müntəzəm marşrutuna Gürcüstanın Qara dənizdəki Batumi və Poti limanları daxildir və Gürcüstan Dövlət Dəmir Yolu bu marşrutun koordinasiya komitəsinin daimi üzvüdür.
Buna görə də Azərbaycan, Qazaxıstan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) inkişafı üçün birgə müəssisə yaradacaqlar. Bundan əlavə, Qazaxıstan Transxəzər beynəlxalq tranzit marşrutu üzrə Azərbaycan və Gürcüstana daşımaların həcmini artırmaq niyyətindədir. Ümumilikdə bu marşrutla ildə 10 milyon tona qədər yük, o cümlədən 200 min konteyner daşıya bilər.
Bununla əlaqədar 2022-ci il martın sonunda Azərbaycan Respublikası, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında “Şərq-Qərb Transxəzər dəhlizi haqqında” dördtərəfli saziş imzalandı. Bu sazişin məqsədi dörd ölkənin beynəlxalq nəqliyyat sisteminə inteqrasiya potensialını gücləndirməkdir. Bu müqavilə Avropa və Asiya arasında rəqabətədavamlı nəqliyyatın inkişafında Bakı-Tbilisi-Qars dəmir yolunun roluna yönəlib və bu xəttin gücünü artırmaq üçün tikinti işlərinin başa çatdırılmasının vacibliyinə işarə edir.
Ona görə də bu saziş Aktau/Kurik-Bakı-Tbilisi-Qars nəqliyyat marşrutunun tranzit-logistika potensialının inkişafı məqsədilə həyata keçirilir və tariflərlə bağlı narahatlıqlar həll edilir.
Nəticə
Yaranmış vəziyyəti nəzərə alaraq, Qazaxıstan Azərbaycana nəqliyyat axınını artırmağa çalışır. Əslində, Qazaxıstan Azərbaycan və Gürcüstana beynəlxalq Transxəzər nəqliyyat marşrutu üzrə daşımaların həcmini artırmaq niyyətindədir ki, beləliklə, Qazaxıstanın yüklərinin daşınması, eləcə də müntəzəm ixrac prosesi (həm dəmir yolu, həm də dəniz limanı ilə) ilə bağlı ticarət narahatlıqlarına cavab verə bilsin.
Hazırda yüklərin Avropa ölkələrinə fasiləsiz daşınmasını təmin etmək üçün Azərbaycan və Gürcüstan üzərindən Transxəzər beynəlxalq marşrutu üzrə – Bakı, Batumi və Poti limanlarına yükdaşımalarında artım müşahidə olunur. Təbii ki, 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın mühüm yük daşımaları rəsmilərinin əməkdaşlığı ilə yaradılmış Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Ukrayna, Rumıniya və Polşaya da genişlənməyə çalışır. Bu marşrut Çinin Lianyungang şəhərindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Gürcüstanın Qara dəniz limanları və ya Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatır.
Çinin Kəmər və Yol Təşəbbüsündə Transxəzər nəqliyyat marşrutu vahid ticarət dəhlizi kimi vacibdir. 6500 kilometrlik dəhliz ticarət, investisiya və regional infrastrukturu gücləndirməklə Orta Asiya və Qafqazın inkişafına və çiçəklənməsinə töhfə verəcək.
Buna görə də Qazaxıstan Azərbaycan və Gürcüstanın imkanlarından istifadə edərək beynəlxalq ticarətdə öz payını artırmağa, Şərqi Avropa və nəhayət, bütün Avropa ilə təhlükəsiz əlaqə qurmağa çalışır.
Tohid Vərəstan, Cənubi Qafqaz iqtisadi məsələləri üzrə ekspert