Tarix : 2022 Apr 19
Kod 62464

Türkiyədə sionist rejimi əleyhinə kütləvi aksiyalar keçirilib

Son günlər Türkiyənin müxtəlif şəhərlərində vətəndaşalar və bəzi siyasi və din xadimləri uşaq qatili olan sionist rejimi hərbçilərinin zorakılıq və vəhşiliyinə qarşı geniş reaksiyalar veriblər.
AranNews – Türkiyə əhalisi bu ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirərək sionist rejiminin Məscidül-Əqsaya və namazqılanlara hücumunu pisləyib. Habelə, parlamentin sədri, prezidentin köməkçisi, ədliyyə naziri və digər siyasi və dini simalar ayrı-ayrılıqda uşaq qatili olan sionist rejiminin son vəhşiliklərinə etirazlarını bildiriblər.
Etiraz aksiyasında iştirak edənlər sionist rejiminin Ankaradakı səfirliyi işçilərinin yaşadığı bina qarşısında toplaşaraq, bu rejim əleyhinə şüarlar səsləndiriblər, Qüdsə və Fələstin xalqına dəstəklərini elan ediblər. Onlar Türkiyə və Fələstin bayraqlarını qaldırıblar, əllərində sionist rejiminə etiraz olan plakatlar tutublar.
Qeyd edək ki, sionist rejiminin hərbi qüvvələri 15 aprel cümə günü minlərlə fələstinlinin Ramazan ayının ikinci cümə günü Məscidül-Əqsada toplanmasının qarşısını almağa cəhd etmək üçün Məscidül-Əqsanın həyətinə hücum ediblər.
Qüds şəhərində və Məscidül-Əqsa ətrafında ibadət edənlərin hüzuru zamanı yaranan şiddətli gərginlik çoxlu sayda müsəlmanın və işğal olunmuş ərazilərin əsas sahiblərinin yaralanmasına və həbs olunmasına səbəb olub.

 
  • Yazılıb
  • da (də) 2022 Apr 19
  • Göndərən جهان کمالی