Tarix : 2022 Apr 20
Kod 62468

Şimal-Cənub Dəhlizi üçün Cənubi Qafqazın əhəmiyyəti

Azərbaycan Respublikası, xüsusən də Bakı limanı BRI Orta Dəhliz, Şimal-Cənub və Fars körfəzi-Qara dəniz də daxil olmaqla beynəlxalq dəhlizlərdə mühüm rol oynayır. Hansı ki, hər üç dəhliz İran üçün xüsusi əhəmiyyət kəsb edir.
AranNews - Azərbaycan Respublikası və xüsusən də Bakı limanı beynəlxalq dəhlizlərdə, o cümlədən BRI-nin orta dəhlizi, şimal-cənub və Fars körfəzi-Qara dəniz dəhlizlərində mühüm rola malikdir və hər üçü İran üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də Bakı özünü regionun logistik mərkəzinə çevirmək niyyətindədir. Məhz həmin səbəbdən bu yaxınlarda Bakı Liman Tədris Mərkəzi İspaniyanın təlim mərkəzi olan Escola Europea - Intermodal Transport ilə anlaşma memorandumu imzaladı ki, logistika mərkəzinin yaradılmasında İspaniya limanlarının təcrübəsindən istifadə edə bilsin. Bu əməkdaşlıq 2021-ci ilin oktyabrında Bakı limanından nümayəndə heyətinin Kataloniya limanının strategiyası ilə tanış olmaq üçün Barselonaya səfəri zamanı baş tutan görüşün nəticəsi idi. Bakı limanı orta dəhlizin mərkəzi qovşağıdır. Çünki Avropa qatarlarını gəmilərlə Qazaxıstan limanlarına və ya əksinə birləşdirir. Həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində (INSTC) mühüm nöqtədir; Hindistan, İran, Azərbaycan və Rusiyanı gəmi, dəmir yolu və avtomobil yolu ilə birləşdirən 7200 kilometrlik yük marşrutudur.
 
Naxçıvanda Bakı dəmiryol hərəkətlənməsi
Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağ müharibəsinə son verən üçtərəfli atəşkəs razılaşmasından sonra Bakı unudulmuş Qafqaz dəmir yolunu bərpa etmək və onu ölkənin qərb bölgəsi, İranla sərhəddə yerləşən Naxçıvanla birləşdirən dəmir yolu xəttini yenidən açmaq niyyətindədir. Bu inkişaf təkcə Azərbaycan və onun ərazi əlaqələri üçün deyil, həm də Şimal-Cənub dəhlizində daha yaxşı əlaqələr imkanı axtaran İran və Rusiya üçün faydalı olacaq. Sözügedən dəmir yolu 1941-ci ildə, Azərbaycan Sovet İttifaqının tərkibində olarkən çəkilib və 1989-cu ildə Sovet İttifaqının dağılması və Ermənistanla Azərbaycan arasında siyasi gərginliyin ilk əlamətlərinin görünməsi ilə dayandırılıb. Əslində, bu dəmir yolu marşrutu Sovet İttifaqı ilə Fars körfəzindəki İran limanları arasında yüklərin daşınması üçün istifadə olunurdu. Həmin səbəbdən bu xətt indi az-çox eyni məqsədi güdür və Rusiyanı Fars körfəzi, hətta Hindistanla birləşdirir. Tədbirlərə nisbətən qənaətbəxş vəziyyətdə olan təxminən 100 km dəmir yolunun yenidən qurulması daxildir.
Ermənistanla Azərbaycan arasında gərginliyin azalmasında Rusiyanın mühüm rolu oldu. Rusiya həm də Azərbaycanın dəmir yolunun inkişafının və onun daşıma proqramının təşviqinin ilk dəstəkçilərindən biridir. Bu senari İrana Qafqaz dəmir yolu sisteminə birbaşa çıxış imkanı yaradır. Ona görə də siyasi iqtisadçılar hesab edirlər ki, Naxçıvan dəmir yolu regionun mühüm gücləri arasında lobbiçilik fəaliyyətinin məhsuludur. Amma bu dəmir yolu xəttindən Azərbaycan və Ermənistan da faydalanacaq. Məsələn, Azərbaycanın öz daxili bölgələri ilə Naxçıvan bölgəsi arasında daha yaxşı əlaqə yaranacaq. İndiyədək yük qatarları daha uzun marşrutla gedib və İranla sərhəddə hərəkət edirlər. Bu uzun marşrut Naxçıvan və İran arasındakı Culfa sərhəd-keçid məntəqəsini Ermənistan və Azərbaycanın daxilinə birləşdirən yeni xəttlə əvəz olunacaq. İki ölkənin Qafqazda həyati əhəmiyyət kəsb edən kəsişmə nöqtəsinə çevrilmək üçün böyük potensialı var ki, bu da şimal-cənub dəhlizində kommunikasiyanı artırır və bölgədəki mühüm nəqliyyat oyunçuları üçün yeni imkanlar açır.
 
BTQ dəhlizinə təsir
Bakı-Tbilisi-Qars dəhlizi (BTQ) Türkiyəni Gürcüstana birləşdirir, oradan da Azərbaycana çatır. Bu, Avrasiya nəqliyyatı üçün mühüm dəmir yolu əlaqəsi sayılır. Çünki digər sıx marşrutlara əla alternativdir və yeni İpək Yolu boyunca yerləşən region ölkələrinə əhəmiyyətli dərəcədə inkişaf etmək imkanı verir. Bununla belə, Naxçıvan dəmir yolu xətti ilə regionda mövcud vəziyyətin əsaslı dəyişikliklərə məruz qalması ehtimalı var. Çünki Azərbaycan və Ermənistan hər ikisinin bir-birinin ərazisinə dəmir yolu ilə çıxışı var və buna görə də üçüncü ölkələr vasitəsilə qısa yollara ehtiyac olmayacaq. BTQ dəhlizinin çox güman ki, nəqliyyat və daşıma qabiliyyətini itirəcəyi proqnozlaşdırıla bilər.
 
Sumqayıt-Yarama dəmir yolu
Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzərindəki dəmir yolu xəttinin mühüm hissəsini yenidən qurur. Əsas diqqət Sumqayıt-Yarama dəmir yolu xəttinin yenilənməsinə yönəlib. Fevralın sonunda 23 km-lik hissənin açılışından sonra qalan 31,4 km-lik hissəsi də tezliklə istifadəyə veriləcək. Sumqayıt-Yarama dəmir yolu xətti ikizolaqlıdır və qalan 31,4 km-lik hissəsinin tamamlanması ilə birinci marşrutun yenidən qurulması başa çatdırılacaq, daha sonra ikinci marşrutun yenidən qurulmasına başlanacaq. Sumqayıt-Yarama dəmir yolu Azərbaycandan keçən, Hindistan və Rusiyanı birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsidir. Bu dəhliz Süveyş kanalından keçən gəmiçilik marşrutuna alternativ olaraq böyük potensiala malikdir və yükləri Hindistan və İran arasında daşımaq olar, sonra quru yolu ilə daşına bilər.
Bundan əlavə, dəmir yolu xətti Sumqayıt və Yaramanı birləşdirmək üçün vacibdir. Hər ikisi Bakıda Xəzər dənizinin və Abşeron yarımadasının yaxınlığında yerləşir. Qeyd edək ki, Bakı, beynəlxalq dəmir yolu şəbəkəsində Azərbaycanın əsas limanıdır. Sumqayıt-Yarama dəmir yolunun yenidən qurulması layihəsi Azərbaycan hökuməti, Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyinin birgə layihəsidir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisi çərçivəsində yenidənqurma işlərinə 18 fevral 2020-ci ildə başlanılıb. Layihə, tikinti və işə nəzarət Türkiyə, Qazaxıstan və Almaniyadakı birgə müəssisələr tərəfindən baş tutub. Layihəyə həmçinin 37 körpünün, 81 su kəmərinin və 7 heyvan keçidinin tikintisi daxildir.
 
Qafqazda sülh; dəmir yolunun çiçəklənməsinin açarı
Bəzi ekspertlər Şimal-Cənub dəhlizinin tamamlanmasının çatışmayan halqasının İranda və onun dəmir yolu şəbəkəsində olduğunu bildirir. Lakin iki Qafqaz ölkəsi arasında gərginlik daha ciddi problemlər yaradıb. Bu dəhlizin daha da inkişafı və istifadəsi üçün ilkin şərt təkcə İranda dəmir yolu xətlərinin çəkilməsi deyil, ən əsası Rusiyanı İrana, daha çox Hindistana birləşdirmək üçün bu dəhliz Qafqazdan –Ermənistan və Azərbaycan ölkələrinin yerləşdiyi yerdən keçməlidir. Ona görə də mövzu bir az mürəkkəbləşir.
İki ölkə 2020-ci il noyabrın 10-da Rusiyanın müdaxiləsindən sonra atəşkəs razılaşmasına nail olub. Bununla belə, iki ölkənin sərhədləri həmişə təlatümlü olub və hər iki mübahisəli ərazini öz inkişaf plan və proqramlarına daxil edib. Ona görə də iki ölkə öz rəqabətini həll etmədikdə, Şimal-Cənub dəhlizinin gələcəyinin necə olacağını heç kim bilmir.
Azərbaycan Respublikası Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük investisiyalar yatırdığını vurğulayır və bu işdə məqsəd onun tərkib hissəsi kimi Bakı limanını beynəlxalq logistika mərkəzinə çevirməkdir. Amma Ermənistan Azərbaycanı Şimal-Cənub Nəqliyyat Dəhlizini Azərbaycanla İran arasında layihə kimi təqdim edərək, ictimai rəyi çaşdırmaqda ittiham edib. Əslində, Ermənistan Azərbaycanın istinad etdiyi dəmir yolu xəttinin heç bir ölkəyə aid olmayan regionda mübahisəli olduğunu və bu dəhlizin inkişafı üçün İranla əməkdaşlıq müqaviləsi imzaladığını vurğulayıb. Bundan əlavə, İranın öz ərazisində dəmir yollarını inkişaf etdirmək üçün xarici sərmayələrə ehtiyacı var və görünür, Ermənistan bunda iştirak etməyə daha çox meyillidir. Ümumiyyətlə, Şimal-Cənub Dəhlizinin çiçəklənməsi üçün əsas oyunçular arasında regional konvergensiya lazımdır və bu da Cənubi Qafqazda sülhün bərqərar olmasından və hərtərəfli razılığın əldə edilməsindən asılıdır. Əgər reallaşarsa, bütün ölkələr bundan yararlanacaq.
Tohid Vərəstan, Cənubi Qafqaz iqtisadi məsələləri üzrə ekspert

 
  • Yazılıb
  • da (də) 2022 Apr 20
  • Göndərən جهان کمالی