Tarix : 2022 Apr 20
Kod 62469

Azərbaycan Respublikasının iqtisadiyyatı Tehran-Vaşinqton əlaqələrinin Azərbaycan iqtisadiyyatına təsiri – Təhlil

Azərbaycan Respublikası son illərdə İranla iqtisadi əlaqələrini genişləndirmişdir və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımalar yaxşı inkişaf etmişdir. Belə bir şəraitdə Bakı ABŞ-la İran arasında dalana dirənişi narahatlıqla izləyir. Çünki İranla ABŞ arasında istənilən münaqişə Azərbaycan üçün ciddi təsirlər qoya bilər. Bunlardan bəlkə də ən önəmlisi infrastrukturun birləşdirilməsi layihələrinə təsiridir.
AranNews – Belə nəzərə gəlir ki, Tehran-Bakı iqtisadi və siyasi münasibətləri son aylarda dərinləşməkdədir və iki ölkə rəsmilərinin, xüsusən də iqtisadi sahədə səfərləri bu məsələnin təsdiqi ola bilər. Diqqət etmək lazımdır ki, müasir dünyada ölkələr beynəlxalq siyasəti öz iqtisadi maraqları əsasında tənzimləyirlər. Həmin səbəbdən iqtisadi əlaqələrin genişlənməsi və ya Tehran-Bakı iqtisadi əlaqələrinin möhkəmlənməsi bəzi siyasi problemlərin həllində də təsirli ola bilər. Məsələn, İkinci Qarabağ müharibəsindən və Zəngzur dəhlizi planının ortaya gəlməsindən sonra iki ölkə arasında siyasi münasibətlər gərginləşdi. Lakin danışıqlar yolu ilə anlaşılmazlıqlar aradan qaldırıldı və ən əsası, Naxçıvan Muxtar Respublikasının İran vasitəsilə Azərbaycana birləşdirilməsi barədə razılıq əldə olundu. Belə ki, Azərbaycan prezidenti İlham Əliyev bildirdi: “Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən kommunikasiyanın yaradılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə, bu rabitə İran vasitəsilə həyata keçiriləcək. İrandan Naxçıvana, oradan da dünya bazarlarına yol tikintisi layihəsi hazırlanır. Ümid edirəm ki, yaxın vaxtlarda işə başlama mərasimi keçiriləcək və bununla da yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır.”
 
Azərbaycan niyə önəmlidir?
Cənubi Qafqazın strateji regionunda yerləşən Azərbaycan Avropa ilə Asiyanı birləşdirən quru körpüsüdür. Cənubi Qafqaz şərqdən və qərbdən Xəzər dənizi və Qara dənizlə həmsərhəddir, şimaldan Rusiya, cənub-qərbdən Türkiyə və cənub-şərqdən İranla həmsərhəddir. Karbohidrogen ehtiyatlarının cəmləşməsi, qitələrarası infrastruktur layihələri və güclər arasında təsir rəqabəti səbəbindən region geosiyasi fəaliyyət ocağıdır. Bölgədəki əsas xarici oyunçular arasında təkcə Rusiya, İran və Türkiyə deyil, həm də ABŞ, Avropa Birliyi və getdikcə daha çox Çin var. Bu baxımdan Azərbaycan Cənubi Qafqaz regionunun daxili və xarici dinamikasında əsas rol oynayır. Azərbaycan 10 milyona yaxın cəmiyyətlə (Ermənistan 3 milyon və Gürcüstan 3,7 milyon) regionda ən çox əhaliyə malikdir. Bu ölkə həmçinin regionda yeganə ölkədir ki, xüsusilə Xəzər dənizində mühüm neft və təbii qaz ehtiyatlarına malikdir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan bu resursları ABŞ və Qərbin dəstəklədiyi investisiya və texnologiyanın köməyi ilə hasil edib, Qərbdən Türkiyəyə, oradan da Avropaya bir neçə böyük boru kəməri layihəsini işə salıb, o cümlədən BTC (Bakı-Tbilisi-Ceyhan) və BTE (Bakı-Tbilisi-Ərzurum) neft və təbii qaz kəməri.
Ona görə də Azərbaycan təkcə Türkiyə üçün deyil, həm də Avropa üçün strateji enerji təchizatçısıdır. Belə ki, Ukraynadakı son böhranda və Avropada energetika böhranında Rusiya qazının Avropaya ixracını əvəz etmək üçün variantlardan biri olmuşdur.
 
Tehran-Vaşinqton münasibətlərinin təsiri
Bununla belə, bir neçə siyasi və təhlükəsizlik faktoru Azərbaycanın iqtisadi potensialını sarsıdır. Onlardan biri də Azərbaycanla Ermənistan arasında Qarabağ bölgəsi ilə bağlı artıq bitmək üzrə olan münaqişə idi. Digər faktor isə Tehranla Vaşinqton arasındakı münasibətlərdir. Əslində, Azərbaycanın təhlükəsizlik və xarici siyasəti ABŞ və İran arasında mövcud dalana bağlanmış vəziyyətdədir. Azərbaycan regional enerji istehsalçısı və ixracatçısı və geosiyasi ölkə kimi böyük əhəmiyyət kəsb edir.
Ümumi gərginliklərə baxmayaraq, Azərbaycan Respublikası müxtəlif ticarət əlaqələrini və balanslaşdırılmış xarici əlaqələri qoruyub saxlamaq siyasətinə uyğun olaraq son illərdə İranla iqtisadi əlaqələrini artırmışdır. Hansı ki, 2019-cu ildə iki ölkə arasında ticarət (koronadan əvvəlki il və daha yaxşı göstərici) əvvəlki ilə nisbətən 11% artıb və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaları isə həmin dövrdə 45% artıb.
Azərbaycanın ABŞ-la da münasibətləri mürəkkəbdir. Azərbaycan üçün Bakıdan qərbə uzanan enerji kəmərləri şəbəkəsi olan Cənub Qaz Dəhlizinin yaradılması və genişləndirilməsi üçün ABŞ-ın maliyyə və siyasi dəstəyi çox vacibdir. Bu, Bakının enerji istehsalının inkişaf etdirilməsində və boru kəməri marşrutlarının şaxələndirilməsində, eləcə də ABŞ-ın Rusiyanın Avropa enerjisində effektiv gücünü azaltmaqda marağındadır. Bununla belə, ABŞ-ın Azərbaycanın demokratik və insan haqları vəziyyətini, o cümlədən 2020-ci il parlament seçkilərini tənqid etməsi, eləcə də Bakının Avropa İttifaqı ilə layihələrdə iştirak etmək istəyinin məhdud olması gərginlik yaradıb. Məhz bu kontekstdə Azərbaycan ABŞ və İran arasında artan dalana dirənişi narahatlıqla izləyir. İran və ABŞ arasında hər hansı bir münaqişə Azərbaycana əhəmiyyətli dalğa təsirləri göstərə bilər, bəlkə də onların ən önəmlisi infrastruktur birləşdirilməsi layihələrinə təsiridir. Uzunmüddətli münaqişə həm də Azərbaycanın enerji layihələrinə, o cümlədən yeni açılmış Trans-Anadolu təbii qaz kəməri və bu ilin sonunda canlanacaq Trans-Adriatik boru kəmərinə təsir göstərə bilər. Bu layihələr hərbi əməliyyatlar zamanı gecikə və ya hətta relsdən çıxa bilər. Bu arada ABŞ-ın İrana qarşı sanksiyaları İranın Azərbaycanla artan ticarət əlaqələrinə təsir edə və Bakıya iqtisadi təzyiq göstərə bilər.
ABŞ Azərbaycanı İrana qarşı istifadə oluna biləcək bir vasitə kimi görür. Pentaqon 2018 və 2019-cu illərdə Azərbaycanın gömrük və sərhəd xidmətlərinə 100 milyon dollardan çox hərbi yardım ayırıb. Lakin Azərbaycan öz neytrallığını qoruyub saxlamaq üçün bu dalana bilavasitə müdaxilə etməkdən imtina edib və sülh istəyində olub.
 
Nəticə
Bununla belə, Bakının hesablamaları dəyişə bilər. Çünki ABŞ Azərbaycanla iqtisadi və ticarət əlaqələrini artırarsa, bu, Tehranla iqtisadi və siyasi qarşılıqlı əlaqələrin səviyyəsinə təsir edə bilər və əksinə. Təbii ki, Bakı Tehran və Vaşinqtonla münasibətlərində mötədilliyini qorumağa çalışır. Həmin istiqamətdə, son aylarda Şimal-Cənub Dəhlizi, Fars körfəzi-Qara dəniz və ən son Naxçıvan dəhlizi kimi beynəlxalq marşrutlarda İranla əlaqələrini artırıb. Digər tərəfdən, Bakı da Özbəkistan kimi digər keçmiş sovet ölkələri kimi, qonşuluğundakı regional güclərdən asılılıq və zəifliklərini kompensasiya etmək üçün Vaşinqtonla daha güclü əlaqələri alqışlayır. Azərbaycanın Rusiya və İran kimi ABŞ-ın əsas rəqibləri arasında strateji mövqeyi ABŞ maraqları ilə ziddiyyət təşkil edən əsas regional oyunçular arasında balanslaşdırıcı qüvvə rolunu artırmaq imkanı verir. Ümumilikdə, Azərbaycanın strateji maraqları muxtariyyətini qoruyub saxlamaq, itirilmiş torpaqları geri almaq, enerji ixracı və infrastruktur vasitəsilə iqtisadiyyatını inkişaf etdirməkdir. Ona görə də bu məqsədləri dəstəkləyən hər hansı tərəf Bakını o tərəfə meylləndirəcək!
Tohid Vərəstan, Qafqaz iqtisadi məsələləri üzrə analtik

 
  • Yazılıb
  • da (də) 2022 Apr 20
  • Göndərən جهان کمالی