Tarix : 2008 Aug 02
Kod 6247

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər

Rəsmi Bakı, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutacaq danışıqların konstruktiv keçəcəyini gözləyir
Azerbaijan Servisi/خبرگزاری آران
Bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Eduard Nalbandyan görüşəcək. Ötən gün isə bu görüşə hazırlaşmaq üçün Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri görüş keçiriblər. Rəsmi Bakı, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutacaq danışıqların konstruktiv keçəcəyini gözləyir. Prezident aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın görüşdən yaxşı nəticələrin əldə olunacağına ümid etdiyini deyib. «Ümidvarıq ki, danışıqlar Madriddə irəli sürülən təkliflər əsasında davam etdiriləcək».
  • Yazılıb
  • da (də) 2008 Aug 02