Tarix : 2022 Apr 21
Kod 62472

Müsəlman Birliyi Hərəkatının sədri sionistlərin son cinayətlərini pisləyib

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bu gün İsrail təcavüzünü Allah evinin daxilinə qədər gətirib çıxarmasına səbəb kimi dünya güclərinin Fələstin mövzusunda susqunluğu olduğunu beyib.

Arannews :Elçin Qasımlının Facebook səhifəsində paylaşılan Tale Bağırzadənin müraciətində deyilir:
"Dünyanın on illərlə qaniçən sionist İsrail işğalına səssiz qalması bu gün xarabalığa çevrilən Fələstin faciəsinə yol açmaqdadır. Sadə bir həqiqətdir ki, bu gün dünya ictimaiyyətinin dinc əhalinin qətliamı fikrinə görə İsrail müttəfiqlərinin guya narahat görünmələri, əslində Ukrayna mövzusunda göstərdikləri diqqətə görədir. Ukrayna müharibəsinə bütün hərbi, siyasi, sosial və sair hər cür mütəffiqlik göstərən dünya güclərinin Fələstin mövzusunda susqunluğu bu gün İsrail təcavüzünü Allah evinin daxilinə qədər gətirib çıxarıb.”
Tale Bağırzadə fələstin xalqının məruz qaldığı zülmlərə rəğmən onun mübariz əhval-ruhiyyəsinin sarsılmadığına diqqət çəkib: “Günümüzdə hər bir fələstinlinin məruz qaldığı təzyiqdən şəhadətə qədər işgəncələr, dünya güclərinin cılızlığının, əzmkar Fəsətin xalqının isə mübariz ruhunun təcəssümüdür. Şübhə yoxdur ki, Qüds zülm və sitəm buludlarını öz mətin duruşu ilə dağıdacaq və bu tarix çox da uzaqda deyil.”- deyə Müsəlman Birliyi Hərəkatının sədri bildirib.
Tale Bağırzadə müraciətini belə yekunlaşdırıb: “Dünyada aparteid tətbiq edən yeganə rejim olan İsrailin insanlığa ləkə olan vandallıq aktlarını məhkum edir, mərd Fələstin xalqına haqq mübarizəsində Allahdan yardım diləyirəm".

  • Yazılıb
  • da (də) 2022 Apr 21
  • Göndərən جهان کمالی