Tarix : 2022 Apr 22
Kod 62474

Tehran-Bakı əməkdaşlığı Çin üçün niyə vacibdir? – Təhlil

Cənubi Qafqaz regionunun nəqliyyat və logistika xəritəsi dəyişir. Martın 11-də İran və Azərbaycan hökumətləri arasında anlaşma memorandumu imzalanıb ki, bu, Azərbaycanın Zəngzur İqtisadi Zonası ilə Naxçıvan Muxtar Respublikası arasında İran vasitəsilə yeni əlaqələrin qurulmasına dair tarixi sənəddir. Hansı ki, əvvəlki təxminləri ciddi şəkildə dəyişəcək.
AranNews - 23 mart 2021-ci ildə “Ever Given” adlı konteyner gəmisi Süveyş kanalında batdı və digər gəmilərin bu kanaldan istifadə etməsinə mane oldu. Bu su yolu dünya ticarətinin 12%-dən çoxunu daşıyan dünyada ən çox istifadə edilən gəmiçilik yollarından biridir. Kanal həm də dünya neftinin 7%-nin və gündəlik konteyner daşımalarının 30%-nin daşınmasına cavabdehdir. Beləliklə, bu kanalın bağlanması qlobal ticarətə təsir edir. Həmin səbəbdən bu hadisə bəzi gəmiləri alternativ yollardan istifadə etməyə məcbur edir. Süveyş kanalının blokadasının bir həftə ərzində aradan qaldırılmasına baxmayaraq, dünyanın bu marşrutdan həddən artıq asılılığının təhlükələri ilə bağlı suallar doğurub. Süveyş kanalının mühasirəsinin iqtisadi ziyanı qlobal nəqliyyatın kövrəkliyini sübut etdi. Bu da öz növbəsində alternativ quru və ya dəniz nəqliyyatı marşrutlarının inkişaf etdirilməsi məsələsini gündəmə gətirib. Ona görə də, bu hadisədən sonra Rusiya və İran alternativ gəmiçilik marşrutlarının tapılmasının, xüsusilə Şimal Dəniz Marşrutu (NSR) və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (INST) potensiallarından faydalanmağı istədilər. Hətta, Rusiyanın dövlət şirkətlərindən biri elan etdi ki, Şimal qütbünün sürətlə əriməsi və güclü Rusiya buzqıran gəmilərinin mövcudluğu Şimal dənizinə çıxışı yaxşılaşdıracaq və Süveyş kanalını əvəz edə bilər. Digər tərəfdən, İran rəsmiləri INSTC-ni etibarlı və aşağı riskli alternativ kimi aktivləşdirməyi istədilər. Asiya ilə Avropa arasında yüklərin daşınması üçün əsas marşrutlardan birinə çevrilmək potensialına malik digər alternativ marşrut qısaca “Orta Dəhliz” adlandırılan Transxəzər Şərq-Qərb Dəhlizi layihəsidir. Bu dəhliz qədim İpək Yolunun bərpasının ən mühüm yollarından biridir. İlkin planda Orta Dəhliz Türkiyədən başlayır, daha sonra Azərbaycan Respublikası ərazisindən, Gürcüstan və Xəzər dənizindən keçərək Orta Asiyaya çatır, Türkmənistan-Özbəkistan-Qırğızıstan və ya Qazaxıstandan keçərək Çinə qədər uzanır. Orta dəhlizin formalaşması və inkişafı 2013-cü ilin noyabrından sonra başlayıb. İndi görünən odur ki, geosiyasi və geoiqtisadi proseslər Azərbaycan Respublikası və İran mərkəzli bu dəhlizin əhəmiyyətini artırır. Bu dəhlizin Kəmər və Yol Təşəbbüsündə (BRI) rolu aşağıda izah edilir.
 
İran-Azərbaycan əməkdaşlığı; BRI üçün yeni fürsət
Cənubi Qafqaz regionunun nəqliyyat və logistika xəritəsi dəyişməkdədir. Martın 11-də iki İran və Azərbaycan hökumətləri arasında anlaşma memorandumu imzalandı. Bu, Azərbaycanın Zəngzur İqtisadi Zonası ilə Naxçıvan Muxtar Respublikası arasında İran vasitəsilə yeni əlaqələrin qurulmasına dair tarixi sənəddir, hansı ki, əvvəlki təxminləri ciddi şəkildə dəyişdirəcək.
Buna uyğun olaraq, Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqələri İran vasitəsilə olacaq. Yeni kommunikasiyaların Çin Kəmər və Yol Planının (BRI) Orta Dəhlizində nəqliyyat və logistika dəhlizinin xəritəsində strateji dəyişikliklərə səbəb olacağı şübhəsizdir. Bir neçə ildir ki, Çin Orta Dəhliz kimi tanınan BRI-nin bir hissəsi kimi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizini (TİTR) inkişaf etdirir. TİTR-in məqsədi Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçən 6500 kilometrlik avtomobil yolları, dəmir yolları və limanlar şəbəkəsini qurmaqla yüklərin dəniz yolu ilə çatdırılma müddətini 60 gündən iki həftəyə endirməkdir. Layihə, Çin hökumətinin ayırdığı imkanlar və maliyyə yardımı hesabına həyata keçirilib. Bu yolun 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibənin və hazırda Ukraynadakı münaqişənin yaratdığı yeni regional və qlobal reallıqlarda böyük əhəmiyyəti var. Rusiyanın Ukraynadakı hərbi əməliyyatları və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiya və Ukrayna ərazisindən keçən şərq-qərb marşrutu üzrə nəqliyyat və tranzit dəhlizlərindən istifadəni məhdudlaşdırır. Bu üzdən yeni nəqliyyat xətlərinə tələbat artır. Çünki Çin və Avropa müharibənin bitməsini və bütün məsələlərin həllini gözləyə bilmir və buna görə də TİTR-in yüklərin hərəkətini davam etdirməsi üçün əhəmiyyəti hədsiz dərəcədə artır.
2020-ci ildə Çin Avropa İttifaqı ilə ticarətdə ABŞ-ı ötüb və Brüsselin ticarət tərəfdaşları arasında lider olub. Çin-Avropa İttifaqı xarici ticarət dövriyyəsi il ərzində 586 milyard avroya (646 milyard dollar) çatıb və Çinin yüklərinin böyük bir hissəsi şimal BRI dəhlizi ilə Avropa ölkələrinə daşınıb. Beləliklə, Cənubi Qafqazın avropalılar üçün əhəmiyyətini bu kontekstdə izah etmək olar. 2020-ci il aprelin 12-də Bakıda imzalanmış memorandum da problemlərin həlli üçün böyük imkanlar açır. Bu memorandumun məqsədi Zəngzurun şərq bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu və enerji infrastrukturunun yaradılmasıdır ki, bu infrastruktur vasitəsilə ixrac, idxal və ya iki ölkə ərazisindən tranzit üçün daşıma həyata keçiriləcək. Bundan əlavə, iştirak edən tərəflər öz müstəqil ərazilərində yolların tikintisini, inkişafı və yenidən qurulmasını təmin etməlidirlər. Bu memorandum Azərbaycan Respublikası ilə İran arasında imzalanıb, lakin bu yeni kommunikasiya xəttinin regionun digər ölkələri və beynəlxalq logistika üçün əhəmiyyətini hesablamaq çətin olmayacaq. Çinin Avropadakı tərəfdaşları artıq yeni logistik marşrutlar axtarışlarını gücləndiriblər. Martın 16-da Finlandiyanın əsas nəqliyyat operatoru Nurminen Logistics və Qazaxıstan Dəmir Yolları İdarəsi TITR-ni kommersiyalaşdırmaq barədə qərarlarını açıqladılar. Həmçinin yeni kommunikasiyalar qurulacaq ki, bu da Azərbaycan hökumətinə dəmir yolunu inteqrasiya etməyə və Çin yüklərinin Türkiyə və Avropaya daşınması üçün daha bir imkan açmağa kömək edəcək. Zəngzur dəhlizi açılsa, Çindən Avropaya daha qısa marşrut ola bilərdi, lakin layihə hələ həyata keçirilməyib.
İstənilən halda Cənubi Qafqazdan keçən nəqliyyat daşımalarında əhəmiyyətli artım gözlənilir. BRI-nin nə qədər çox filialı varsa, bu təşəbbüs bir o qədər əhəmiyyətli olur.
Bu arada İran da yolların və marşrutların modernləşdirilməsinə başlayıb. Habelə, Çin və İran arasında birbaşa əməkdaşlığı unutmaq olmaz. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 14,9 milyard dollar təşkil edib. Bu rəqəm Çinin Avropa İttifaqı ilə ticarət həcmi qədər əhəmiyyətli olmasa da, ötən ilin martında Çin və İran arasında imzalanan 25 illik strateji əməkdaşlıq müqaviləsini də unutmaq olmaz. Ona görə də Azərbaycandan İrana yolun çəkilməsi Çin tərəfi üçün işi çox asanlaşdırır və onlara müasir infrastrukturdan istifadə etmək və mallarını təhlükəsiz şəkildə çatdırmaq imkanı verir. Bütövlükdə, BRI dəhlizi Çin və tərəfdaşları arasında əsas dəhlizə çevrilir və Azərbaycanla İranın əməkdaşlığı bir çox problemlərin həlli üçün böyük imkanlar açır.
Tohid Vərəstan, iqtisadi məsələlər üzrə ekspert

 
  • Yazılıb
  • da (də) 2022 Apr 22
  • Göndərən جهان کمالی