Tarix : 2022 Apr 22
Kod 62475

Sionist rejiminin Azərbaycanda mövcudluğu xalqın hökumətə qarşı bədbinliyinə səbəb olur

Qərbi Asiya məsələləri üzrə analitik deyib: Sionist rejiminin Azərbaycan Respublikasında mövcudluğu həm də bu ölkə xalqının öz hökumətlərinə bədbin yanaşmasına səbəb olub.
AranNews - Cəfər Qənnadbaşı İRNA-nın xarici siyasət üzrə müxbiri ilə müsahibədə sionist rejiminin bölgədəki hərəkətləri və bəzi ölkələrdə sui-istifadə etməsinə toxunaraq deyib: “Sionist rejiminin istəyi əməl meydanında görülənlərdən çox uzaqdır. Sionist rejimi müqaviməti zəiflətmək üçün regionun bəzi ölkələrindən istifadə edə biləcəyini düşünürdü, ancaq əməl meydanında öz qüvvələrini və müttəfiqlərinin qüvvələrini təhlükəyə atmaqdan başqa heç nə əldə etməyib.”
Analtik sionist rejiminin İraq Kürdüstanında və BƏƏ-də hüzuruna toxunaraq qeyd edib ki, bu rejimin İraq Kürdüstanında hüzuru nəinki o bölgənin təhlükəsizliyini təmin etmədi, həm də Kürdüstana ziyan vurdu. Sionist rejimi BƏƏ-də də mövcuddur və oranı da təhlükəyə salıb. Hal-hazırda BƏƏ-də investisiya yatırmağın riski artmışdır, turizm sənayesi ciddi zərbə görüb, nefti satmaq üçün də arabir problemlərlə üzləşir.
Qənnadbaşı müsahibəsinin davamında deyib: “Sionist rejiminin Azərbaycan Respublikasında mövcudluğu da bu ölkə xalqının öz hökumətinə bədbin yanaşmasına səbəb olub. Sionist rejiminə yaxınlaşan hər bir hökumətin iqtisadi əsasları sarsılıb.”
Qərbi Asiya məsələləri üzrə ekspert bildirib ki, sionist rejiminin rüsvayçı keçmişinə görə bir çox hökumətlər və xalqlar tərəfindən nifrətlə qarşılanır. Bu ilin əvvəlində BMT Baş Assambleyasında sionist rejimin qanunsuz hərəkətlərinə qarşı 150-dən çox ölkənin imzası ilə 10-a yaxın qətnamə qəbul edilib. Ona görə də sionist rejimi təkcə İslam dünyasında və müqavimət mehvərində nifrətlə qarşılanmır, həm də bütün dünyada təcrid olunmuş və ölkələrlə əlaqələrindən sui-istifadə edən bir rejim kimi tanınır.

 
  • Yazılıb
  • da (də) 2022 Apr 22
  • Göndərən جهان کمالی