Pentaqonun sözçüsü Con Kirbi Ukrayna ilə Rusiya arasında davam edən müharibəni dəyərləndirib.
Arannews :Kirbi bu haqda Türkiyə mətbuatına açıqlama verib.
O, rusların səylərini daha kiçik bir coğrafi ərazidə cəmlədiyini və bir çox hallarda qeyri-qanuni işğallar etdiklərini söyləyib.
Sözçü qarşıdurmaların uzanmasını gözlədiklərini və Putinin müharibəni bitirmək niyyətinin olmadığını bildirib.