Tarix : 2022 Apr 24
Kod 62478

Rəisi: İŞİD və İsrailin cinayətlərinə Qərb rəvac verir

İran prezidenti İbrahim Rəisi İŞİD-in Əfqanıstandakı cinayətinin səbəbini, həmçinin İsrailin Fələstinə hücumlarını Qərbin uydurduğu hərəkatlar adlandırıb.

Arannews : xəbər verir ki, "irna" agentliyinin verdiyi məlumata görə, Prezident Rəisi şənbə günü İmam Əlinin (ə) vəfatının ildönümü münasibəti ilə dini camaat qarşısında çıxışı zamanı deyib ki, Fələstin xalqının taleyini danışıqlar masası arxasında duran müzakirəçilər deyil, müqavimət hərəkatları həll edir.
“Bu gün biz dünya müsəlmanlarına qarşı iki böyük cinayətin, yəni İŞİD-in Əfqanıstandakı cinayətlərinin və İsrailin Fələstindəki cinayətlərinin şahidi olduq.
Bütün bu cinayətlər Qərbin uydurduğu hərəkatlardan qaynaqlanır”.
Prezident bəyan edib ki, hazırkı Əfqanıstan hakimiyyəti bütün əfqan xalqının, o cümlədən şiələrin müdafiəsinə cavabdehdir.
Rəisi qarşıdan gələn Ümumdünya Qüds Gününə də işarə edərək, bunu müsəlmanların birliyi və inteqrasiyasının simvolu adlandırıb.
O, həmçinin bu günün Qüdsün azadlığına və fələstinlilərin 70 il öz hüquqlarını qorumaq üçün qələbəsinə səbəb ola biləcəyinə ümid etdiyini bildirib.

  • Yazılıb
  • da (də) 2022 Apr 24
  • Göndərən جهان کمالی