Tarix : 2022 Apr 26
Kod 62483

Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə ilə görüşüb

25 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Arannews :Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsinin işlənib hazırlanması, bütün kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası prosesinin başlanması sahəsində mövcud olan vəziyyəti müzakirə ediblər.
Azərbaycan tərəfinin bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq addımları atmağa hazır olduğu vurğulanıb.
Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Rusiya Federasiyasının qeyd edilən bütün istiqamətlər üzrə irəliləyişin əldə edilməsini dəstəkləməyə hazır olduğunu bir daha qeyd edib.
Görüşdə tərəflər, həmçinin? qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Yazılıb
  • da (də) 2022 Apr 26
  • Göndərən جهان کمالی