Tarix : 2022 Apr 26
Kod 62484

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.
Arannews :Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
"Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - o qeyd edib.
Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.
  • Yazılıb
  • da (də) 2022 Apr 26
  • Göndərən جهان کمالی