Tarix : 2022 Apr 27
Kod 62487

İranın xarici işlər nazirinin müavini Bakıda Azərbaycan rəsmiləri ilə görüşüb

İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Bakıya səfəri zamanı Azərbaycan Respublikasının rəsmiləri ilə görüşüb və müxtəlif məsələləri müzakirə edib.

 Arannews : Azərbaycan Respublikası son illərdə İranla müxtəlif sahələrdə, xüsusilə nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlığı genişləndirmək istəyən qonşu ölkələrdən biridir. 
2021-ci il noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində iki ölkə prezidentlərinin görüşündən sonra İran və Azərbaycan Respublikası arasında əlaqələr yeni sürət qazanıb. Bundan sonra iki ölkə rəsmiləri arasında əlaqələrin, o cümlədən ticarət və iqtisadiyyat sahələrində genişləndirilməsi məqsədi ilə danışıqlar davam etdirilib.
 İranın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri Azərbaycan Respublikasında qısamüddətli səfərdə olub və Azərbaycan baş nazirinin müavini və İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməldaşlıq Komissiyanın həmsədri Şahin Mustafayev və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşüb. 
Görüşlər zamanı Tehran-Bakı münasibətlərində baş verən son inkişaflar, birgə iqtisadi komissiyanın qərarlarının icrası, iki ölkə arasında həyata keçirilməkdə olan layihələr, Qarabağın yenidən qurulması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Qonşular, region ölkələri və dost ölkələrlə əlaqələrin genişləndirilməsi İran İslam Respublikasının yeni hökumətinin xarici siyasətinin əsas prioriteti elan edilib.
Coğrafi mövqeyinə görə İranın qoşuluğunda 15 ölkə var. Qonşu və region ölkələri ilə münasibətlərdə bütün iqtisadi, ticarət, sənaye, mədəni və turizm imkanlarının işə salınması ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına səbəb olacaq, bu məsələnin reallaşması isə regional sülh və təhlükəsizliyin xeyrinədir.

  • Yazılıb
  • da (də) 2022 Apr 27
  • Göndərən جهان کمالی