Tarix : 2008 Aug 02
Kod 6249

ƏRDOĞAN TƏLƏBANİ İLƏ DANIŞIB

Rəcəb Təyyib Ərdoğan, Cəlal Talabaniyə Kərkükün statusu mövzusunda yaşanan bu inkişafdan duyulan narahatlığı dilə gətirib
Türkiyə Servisi/خبرگزاری آران
Baş nazirliyin nümayəndəliyindən alınan məlumata görə, Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan, dünən onunla telefonla əlaqə saxlayan İraq Respublikasının başçısı Cəlal Talabaniyə Kərkükün statusu mövzusunda yaşanan bu inkişafdan duyulan narahatlığı dilə gətirib. "Baş nazir Ərdoğan bu qərarla əlaqədar narahatlıqlarını ifadə etmişdir" deyilən açıqlamada, bu qərarın, Kürdlərin yerli seçkilərlə əlaqədar etirazlarının bir parçası olduğu vurğulanıb.
"Birlik-Azərbaycan" İnformasiya Agentliyinin "Haberler.com" İnternet saytına istinad etdiyi xəbərə əsasən, Ayrıca olaraq, iki liderin keçən günlərdə Kərkük və İstanbul Güngörendə yaşanan hücumlar üçün bir-birlərinə başsağlığı dilədikləri bildirilib. İraq daxilində yerli seçkilərin bu il, ya da 2009-cu ilin əvvəllərində edilməsini nəzərdə tutan qanunu, Kərkük mövzusundakı anlaşılmazlıq səbəbiylə qanuniləşməmişdi.
  • Yazılıb
  • da (də) 2008 Aug 02