Şiələrin təqlid mərcəsi Ayətullah Nuri Həmədani bəyənat verərək, Qüds günü yürüşündə bütün xalqı fəal iştiraka səsləyib.
Arannews : Ayətullah Nuri Həmədaninin Qüds günü münasibətilə bəyənatının mətni belədir:
Bismillahir-rəhmanir-rəhim.
Uzun illərdir ki, bəşəriyyət bir dəstə qəsbkarın məzlum bir xalqa zülm və əzazilliyinə şahiddir. Bu zülmlər hər gün artmaqdadır. Beynəlxalq təşkilatların sükutu daha öldürücü və sarsıdıcıdır. Mərhum İmam Xomeyninin buyurduğu kimi; İslam dünyasının əsas və təxirəsalınmaz məsələsi, müqəddəs Qüds məsələsidir.
Hər bir azad insana vacibdir ki, istənilən mümkün yolla, uşaq qatili və qeyri-qanuni sionist rejimin cinayətlərinə öz etirazını bildirsin və fəal iştirakla bu cinayəti pisləsin. Bu cinayətə bir etiraz simvolu olan yürüş məsələsində, ölkədəki mövcud pandemiya şəraitini nəzərə alaraq, səhiyyə məmurlarının tibbi göstərişlərinə əməl edilməlidir.
İnşaallah İran xalqı növbəti dəfə bu təcavüz və zülmü pisləyəcəkdir. Şübhə yoxdur ki, Allah Taalanın iradəsi və dünyanın azad xalqlarının birliyi ilə, qeyri-qanuni sionist rejim məhv olacaqdır.
İnşaallah