Tarix : 2022 Apr 30
Kod 62495

Həmas fəalları Türkiyədən çıxarılıblar

Sionistlərin tələbini yerinə yetirən Türkiyə, fələstinli Həmas hərəkatının üzvlərindən bir qrupunu ölkədən çıxarıb.

Arannews : işğal olunmuş ərazilərdəki sionist medialar dünən Həmas üzvlərinin Türkiyədən çıxarılmaları xəbərini təsdiq ediblər.
Bu mediaların bildirdiklərinə görə, Ankara, Təl-Əvivin tələbinə itaət edib, Həmas-ın onlarla üzvündən Türkiyə ərazisini tərk etməsini istəyib.
Türkiyə son iki ayda sionist rejim başçılarının tələbi ilə Həmas hərəkatı üzvlərindən bir qrupunun girişinin qarşısını alıb, hərəkatın fəallarının Türkiyəyə girişini qadağan edib, onun üzvlərinin digər bir qrupundan da ölkədən çıxmasını istəyib.
Sionist medialar bildiriblər ki, Təl-Əviv bundan qabaq Həmas üzvlərinin adlarından ibarət siyahını Ankaraya göndərib və bu üzvlərin hərbi fəaliyyətləri bəhanəsilə onların Türkiyədən çıxarılmaları və bu ölkə ərazisinə girişlərinin qadağan edilməsini istəmişdi.

  • Yazılıb
  • da (də) 2022 Apr 30
  • Göndərən جهان کمالی