Tarix : 2022 Apr 30
Kod 62496

İ.Əliyev Rusiyaya görə xəzəryanı ölkələri ittiham edib

İlham Əliyev 44 günlük müharibə zamanı Rusiyanın Ermənistana davamlı olaraq silah göndərdiyini deyib. Ancaq buna görə xəzəryanı ölkələri günahlandırıb.

Arannews :SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdakı çıxışında bird aha xatırladıb ki, Rusiya 44 günlük müharibədə davamlı olaraq Ermənistanı silahlandırıbmış.
“Mən ictimaiyyətə dəfələrlə bəyan etmişəm, 44 günlük müharibə ərzində müntəzəm olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silah daşıyan karqo təyyarələri olub.
Azərbaycan Respublikası prezidenti Gürcüstanın rəsmi Bakının xahişindən sonra hava və quru yollarını Rusiyadan Ermənistana silah nəqli üzərinə bağladığına görə bu ölkəyə öz təşəkkürünü bildirsə də xəzəryanı ölkələri bu barədə ittiham edib:”Biz bütün Xəzəryanı dövlətlərə Ermənistana silah daşıyan Rusiya karqo təyyarələrinə icazə verməmələrinə dair məktub göndərdik. Biz bunu Qazaxıstana, Türkmənistana və İrana göndərdik. Təəssüf ki, bu təyyarələr Ermənistana daxil olarkən bu ölkələrin ərazilərindən istifadə edirdilər. Bu belə idi və biz 44 günlük müharibənin bu tərəfini gizlətməməliyik”, - Prezident İlham Əliyev vurğulayıb.
Beləliklə Azərbaycan Respublikası prezidenti Türk Dövlətləri Şurasının üzvlərinin 44 günlük müharibədə Ermənistana silah tədarükündə iştirak etdiklərini etiraf etmiş olub.
İlham Əliyevin İrana qarşı ittihamına gəlincə isə qeyd edək ki, o 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində İranın quru və hava yollarını Ermənistan üzərinə bağladığına görə öz təşəkkürünü bildirmişdi:
“İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik”,- İlham Əliyev “A Haber”-ə müsahibəsində demişdi.
Qeyd edək ki, Azərbaycan Respublikası prezidenti 44 günlük müharibə zamanı Rusiyanın Ermənistana silah göndərməsini dəfələrlə dilə gətirsə də nə o zaman nə də ondan sonra Rusiyaya etiraz bildirməmişdir, Əksinə Ukrayna müharibəsinin başlandığı gün Moskvada Rusiya prezidenti Vladimir Putin ilə müttəfiqlik müqaviləsi imzalamışdır.

  • Yazılıb
  • da (də) 2022 Apr 30
  • Göndərən جهان کمالی