Tarix : 2022 Apr 30
Kod 62497

Bütün yollar Qüdsə qovuşur

Keçmiş qeydlərdən yeni kəsimlər və düzəlişlər
Arannews :Qüds bizim üçün bir hədəfdir, İran imperiyasını qurmaq üçün riyakarcasına taktika deyil. Biz əgər imperiya fikrində olsaydıq, şahın imperator olmasına kömək edərdik. İndi də İslam Respublikası əvəzinə yüksək qorunaqlı, cəvahirlərlə bəzədilmiş və məxmər geyimli qvardiyası olan “Aryamehri” adlı imperatorluğa malik idik. Səudiyyə Ərəbistanı krallığı və Haşimi İordaniya krallığı səviyyəsində. Biz hətta xilafət fikrində də deyilik ki, əgər olsaydıq, əməl dəftərimiz ləkəli olardı. Bizim yüksək hədəfimiz var və dünyanın mənəvi zirvələrini fəth etməyə çalışırıq.
Qüds bizim üçün neo-osmanizm deyil. Belə ki, ərəb ölkələrini bir-birinə bağlayaq və Qafqazın da bir parçası ilə yeni Osmanlıya çevirək. Biz #Qüds_hədəfini elan etdiyimiz gündən, İsraillə nə aşkar və gizli ticari əlaqələr qurduq, nə də ki, onu rəsmi olaraq tanıdıq. Bir siyasətin taktiki gedişi Qüds və Fələstindirsə, o siyasətin şəxsiyyətləri riyakardırlar. Biz ideyamızın ardıcıllarıyıq.
Həzrət Ruhullah (canım ona fəda olsun) mübarək Ramazan ayının son cümə gününü Qüds adı ilə şərəfləndirdiyi gün, bütün dünyanın gündəminin Qüds olacağı dövrün gələcəyi İran daxilində çoxları üçün inanılmaz idi. İndi bu baş vermişdir. Bu, yer üzündə baş verən iki böyük fitnədən sonra İsrailin sonunun gəldiyini müjdə verir:
لَتُفْسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا
“Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud zülm) edəcəksiniz!” (“İsra” surəsi, 4-cü ayə.)
Biz Qüdsü qaytaracayıq və orada namaz qılacayıq:
وَلِيَدْخُلُوا الْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُوا مَا عَلَوْا تَتْبِيرًا
“Məscidə birinci dəfə girdikləri kimi girmək və ələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün üstünüzə göndərdik.” (“İsra” surəsi, 7-ci ayə.)
Qüds hədəfi bizim üçün zühurun müjdəçisidir. Zühur isə, mütləq və qəti məsələdir:
وَلَنْ تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا
“Sən Allahın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən!” (“Fəth” surəsi, 23-cü ayə.)
Bir neçə il öncə, İsrail bir xəritə nəşr etdi və xəritdə (Suriyaya məxsus) Qolan yüksəkliklərini İsrailin ərazisinin bir hissəsi kimi göstərdi. Amerika Hacı Qasim Süleymani və Əbu-Məhdi Muhəndisi terror etdi və sarsıdıcı sanksiyalar tətbiq etməklə  İran xalqını ağır vəziyyətdə qoydu ki, müqavimət cəbhəsini sıradan çıxarsın. Bu da baş vermədi. Və baş da verməyəcək, əksi də olacaq və onların qondarma dövlətləri məhv olacaqdır. Yəhidilər çoxdandır ki, milli və məzhəbi ərazi bölgüləri üçün bu xəritələrdən cızırlar və pərdə arxasında isə hər biri üçün bir diaspora yaradırlar. Lakin İslam dünyasının hazırkı dialoqu ümmət dialoquna çevrilib. Bu isə, Samiri dövlətinin sonu deməkdir.
Bu gün və bu il biz İnqilabın Ali Rəhbərinin bir neçə il əvvəl İordan çayının Qərb sahilinin silahlanmasına dair qəti mövqeyinin sirrinin aşkarlanmasını gördük. Müqəddəs Qüds Qərb sahilindədir.
Bir daha deyirəm;
Pozitivist təhlili kənara qoyarsaq; Qubbətus-Saxra məscidi Allah Rəsulunun (s) İblisin başını kəsəcəyi yerdir.
🔸
#Mehdi Nəlbəndi, “Dar əl-vilayə”, Təbriz, 28 aprel 2022
@nalbandimahdi

 
  • Yazılıb
  • da (də) 2022 Apr 30
  • Göndərən جهان کمالی