Tarix : 2022 May 01
Kod 62499

Moskva Came Məscidində Beynəlxalq Qüds Günü toplantısı keçirilib

Mübarək Ramazan ayının son cümə günü Moskva Came Məscidində Beynəlxalq Qüds Günü ilə bağlı toplantı keçirilib.
AranNews - Mübarək Ramazan ayının son cümə günü və müxtəlif ölkələrdə İslam ümməti ilə eyni vaxtda Moskva Came Məscidində Beynəlxalq Qüds Günü mərasimi keçirilib.
Fələstin, İraq, Türkiyə, İordaniya, Əlcəzair, Misir, Qambiya, Çad səfirləri və Əfqanıstan səfirliyinin nümayəndəsi iştirak etdiyi bu tədbirdə İran səfiri ilk natiq kimi çıxış edib və sionist rejimi qarşısında müqavimət göstərməyi qələbənin yeganə yolu adlandırıb.
Səfir sionist rejimilə münasibətlərin normallaşdırılmasını bu rejimin Fələstinin məzlum xalqına qarşı daha aqressiv və ikiqat zülm edəcəyinə səbəb olacağını vurğulayıb.
Mərasimdə Rusiya Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Ravil Eynəddin İmam Xomeyninin bu günü (Ramazan ayının son cümə günü) Qüds Günü adlandırılması təşəbbüsünü yüksək qiymətləndirib və Rusiyanın Fələstin dövlətinin qurulmasının dəstəklədiyini vurğulayıb.

 
  • Yazılıb
  • da (də) 2022 May 01
  • Göndərən جهان کمالی