Türkiyə prezidenti Abdullah Gülün iki ölkənin milli futbol komandalarının yarışına tamaşa etmək üçün Ermənistana səfəri əlaqələrin yaxşılaşdırılmasında böyük rol oynaya bilər
Russia Servisi/Aran Agentliyi
Ermənistan Baş Naziri Serj Sərkisyan bir daha Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını vacib sayıb.
"İSNA" İnformasiya Agentliyinin verdiyi məlumata görə, Sərkisyan deyib: Hazırda Türkiyə ilə Ermənistan əlaqələrinin yaxşılaşması iki ölkənin xeyrinə olacaq.
Onun sözlərinə görə, Türkiyə prezidenti Abdullah Gülün iki ölkənin milli futbol komandalarının yarışına tamaşa etmək üçün Ermənistana səfəri əlaqələrin yaxşılaşdırılmasında böyük rol oynaya bilər.
Hazırkı vəziyyətdə, Ermənistanla Türkiyə, iki ölkənin arasında yaşanan ixtilaflara görə, yəni 1915-ci ildə baş vermiş soyqırımı və Türkiyənin Az.R-a dəstək verməsinə görə heç bir diplomatik əlaqəyə malik deyillər.