Tarix : 2022 May 01
Kod 62501

Azərbaycan Rusiya ərazisindən neft nəqlini dayandırır

Azərbaycan Respublikası Rusiya ərazisindən neft nəqlini dayandırır.

Arannews : Azərbaycan Respublikası bu ilin mayında Bakı-Novorosisk neft kəməri ilə neft nəql etməyəcək. Nəqli şimal kəməri ilə nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına çıxarılacaq. Bu barədə SOCAR-dan adının anonim saxlanmasını istəyən mənbə bildirib.
SOCAR nümayəndəsi təfərrüatları dərc etmədən bildirib ki, Bakı-Novorosisk kəməri ilə neft nəqlinin dayandırılması “kommersiya məsələsidir”.
Bəzi analitiklərin fikrincə, bu, Rusiyanın “Transneft” şirkətinin tranzit haqqını rublla ödəmək niyyəti ilə bağlıdır. Eyni zamanda bu, rəsmi Bakı tərəfindən Rusiyaya qarşı sanksiyalarda iştirak etmək üçün Qərb dövlətlərinə də bir növ mesaj sayıla bilər. 
Həmin analitiklər qeyd edirlər ki, Azərbaycan tərəfi Rusiya ilə 22 fevralda Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalasa da, Ukrayna müharibəsində Moskvanın mövqeyini dəstəkləməkdə və ya balansı qoruyub saxlamaqda çətinlik çəkir. 

  • Yazılıb
  • da (də) 2022 May 01
  • Göndərən جهان کمالی