Tarix : 2022 May 05
Kod 62510

“O vaxt gülürdülər, indi isə təqlid edirlər” – Paşinyan müxalifətdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət qüvvələrinin onun istefası üçün tətbiq etdiyi taktikanı şərh edib.

“Arannews : xəbər verir ki, o, müxalifəti 2018-ci ildə onun başçılıq etdiyi addımları təqlid etməkdə ittiham edib.
“2018-ci ildə onlar etirazçıların bel çantaları ilə addımlamasına gülürdü, amma indi şəhərdə bel çantaları 2 dəfə bahalaşıb. Müxalifət 2018-ci il inqilabına gülürdü, ancaq indi onu təqlid edir”, – Paşinyan deyib.
Baş nazir zarafatla müxalifət qüvvələrinə sahibsiz itlərin də qoşulmalı olduğunu qeyd edib: “2018-ci ildə yürüşümüz zamanı bizə sahibsiz it qoşulmuşdu. İndi isə it hazırkı müxalifətçilərə qoşulmalı olacaq”.
Paşinyan demokratiyanın dövlətin zəifliyi demək olmadığını qeyd edərək lazım olan məqamda dövlət aparatının sərt reaksiya verəcəyini vurğulayıb.
“İndi onlar etiraf etməlidirlər ki, ya onlar özləri dövlət çevrilişi istəyirlər, ya da biz demokratik yolla hakimiyyətə gəlmişik”, – Paşinyan əlavə edib.

  • Yazılıb
  • da (də) 2022 May 05
  • Göndərən جهان کمالی