Tarix : 2022 May 05
Kod 62511

Avropa İttifaqı Rusiya neftinə embarqo qoya bilmədi

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri bu gün Rusiya neftinə embarqo qoyulması ilə bağlı razılığa gələ bilməyib.

Arannews : bu barədə "Reuters" agentliyi danışıqlarla tanış olan rəsmi şəxsə istinadən məlumat yayıb.

Bildirilir ki, danışıqların cümə axşamı davam etdirilməsi planlaşdırılır. 

Avropa Komissiyası bugünkü iclasda Rusiyadan neft idxalına qadağa qoyulmasını təklif edib və bu qadağa xam neft üçün 6 ay, dizel yanacağı və digər neft məhsulları üçün isə 8 aydan sonra qüvvəyə minəcək.

Agentliklər qeyd edir ki, Macarıstan və Slovakiyaya embarqoya uyğunlaşmaq üçün daha uzun müddət - 2023-cü ilin sonuna qədər vaxt veriləcək. Bəzi ölkələr, xüsusilə Macarıstan, Slovakiya, Çexiya və Bolqarıstan təklif olunan tədbirlərdən narahat olduqlarını bildirdikləri üçün görüş embarqonun rəsmi qəbulu olmadan başa çatıb.

  • Yazılıb
  • da (də) 2022 May 05
  • Göndərən جهان کمالی