Tarix : 2022 May 07
Kod 62512

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız Bakıya gətirildi

Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar.

Bu barədə Arannews : Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

  • Yazılıb
  • da (də) 2022 May 07
  • Göndərən جهان کمالی