Tarix : 2022 May 08
Kod 62514

İrəvanda etiraz yürüşü - Minlərlə qadın küçələrə axışdı

Ermənistanda etiraz aksiyaları davam edir.

Arannews :Modern.az xəbər verir ki, bu gün müxtəlif siyasi partiyaları təmsil edən qadınlar İrəvan küçələrində yürüşə başlayıb.

Təxminən bir neçə min qadının iştirak etdiyi yürüşdə Baş nazir Nikol Paşinyanın istefası tələb olunub. Yürüş iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirərək, istefa çağırışları ediblər.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir. 

 

  • Yazılıb
  • da (də) 2022 May 08
  • Göndərən مهدی امیری