Arannews :Modern.az xəbər verir ki, bu gün müxtəlif siyasi partiyaları təmsil edən qadınlar İrəvan küçələrində yürüşə başlayıb.
Təxminən bir neçə min qadının iştirak etdiyi yürüşdə Baş nazir Nikol Paşinyanın istefası tələb olunub. Yürüş iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirərək, istefa çağırışları ediblər.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir.