İslam İnqilabının Böyük Rəhbəri Suriya xalqı və hökumətinin müqaviməti və beynəlxalq bir müharibədə qalib gəlmələrinin bu ölkənin başıucalığı və etibarınn artmasına zəmin yaratdığını bildiriblər.
Arannews : İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Tehranda Suriyanın prezidenti Bəşşar Əsəd və onu müşayiət edən nümayəndə heyətilə görüşdə Suriyanın siyasi və hərbi meydanlardakı böyük uğurlarına işarə ilə deyiblər: Bugünkü Suriya müharibədən qabaqkı Suriya deyil. O zaman xarabalıqlar olmasa da, Suriyanın hörməti və etibarı hazırda keçmişdəkindən qat-qat çoxdur və hamı bu ölkəyə bir qüdrət kimi baxır.
“Bu gün Suriyanın prezidenti və xalqı region xalqlarının yanında başıucadırlar”- deyə, Həzrət Ayətullahuluzma Xamenei bildirib və vurğulayıblar: Bəzi region ölkələrinin başçıları sionist rejimin başçıları ilə görüşür, bir-birilərilə qəhvə içirlər, amma elə həmin bu ölkələrin xalqları Qüds günündə küçələri insanlar və anti-sionist şüarlarla doldururlar və bu, regionun bugünkü reallığıdır.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin şəhid general-leytenant pasdar Qasım Süleymaninin xatirəsini yad edib və belə söyləyiblər: O möhtərəm şəhidin Suriyaya xas bir təəssübü vardı və sözün əsl mənasında, o, fədakarlıq edirdi. Onun Suriyadakı rəftarı İranın 8 illik Müqəddəs Müdafiəsindəki rəftarından fərqlənmirdi.
O həzrət əlavə ediblər: Şəhid Süleymani və Sepah-ın digər görkəmli şəxsiyyətləri, o sıradan şəhid Həmədani doğrudan da canla-başla səy göstərir və Suriya məsələsinə bir vəzifə və müqəddəs bir məsələ kimi baxırdılar.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin ötən illərdə Suriya ilə qarşı cəbhədə duran bəzi ölkələrin hazırda dostluq və məhəbbət ifadə etmələrinə işarə ilə əlavə ediblər: Ötən təcrübələrdən gələcək kursu aydınlaşdırmaq lazımdır.
İslam İnqilabının Böyük Rəhbəri Suriya prezidentinin yüksək əhval-ruhiyyəsinin böyük işlərin görülməsinə zəmin yaratdığını bildiriblər.
İranın xalqı və dövlətinin mövqe və himayələrinə görə minnətdarlıq ifadə edib, şəhid Süleymaninin xatirəsini yad edən Suriya prezidenti də söyləyib: İranın ötən qırx ildə region məsələlərində, xüsusən də Fələstin məsələsindəki dayanıqlı mövqeyi və müqaviməti bütün region xalqlarına göstərdi ki, İranın yolu, düzgün və prinsipial bir yoldur.
Suriya prezidenti Bəşşar Əsəd İslam İnqilabının Böyük Rəhbəri və İran prezidenti ilə görüşdən sonra Tehrandan Suriyanın paytaxtı Dəməşqə yola düşüb.