Tarix : 2022 May 09
Kod 62518

Paşinyanın istefası təkzib olundu

Ermənistanın baş nazirinin ofisi Nikol Paşinyanın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

Arannews : baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan sosial şəbəkədə yazıb ki, “yalan şayiələr yayanlar baş nazirin istefasını öz qulaqlarının dibini görəndə görəcəklər”:
Dövlət rəsmisinin sözlərinə görə, Ermənistan vətəndaşları cəmi bir il əvvəl öz seçimini ediblər. İrəvan küçələrində müxalifət öz tərəfdarlarını ruhlandırmaq üçün növbəti yalanı yayırlar. 
O bildirib ki, müxalifət fəallığının azalması bir neçə günün işidir. Hər il istefa və növbədənkənar seçki tələb etmək absurddur.
İki həftədən çoxdur ki, İrəvan və Ermənistanın digər rayonlarında etiraz yürüşləri keçirilir. Ötən həftənin sonundan etiraz aksiyaları artıq mitinqlər şəklində özünü göstərir. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb ediblər. Mitinqlərə müxalif deputatlar, Ermənistanın ikinci prezidenti Robert Koçaryan, keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası da qatılıb.

Etirazçılar hesab edir ki, Baş nazir Nikol Paşinyanın Qarabağa dair siyasəti “Ermənistan və Qarabağa” təhlükə yaradır.
Aksiyada “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirilir. Ermənistan parlamentinin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan deyib ki, səhərdən Fransa meydanında etiraz aksiyası daha kütləvi formatda davam edəcək: “Bizim məqsədimiz Paşinyana qeyri-legitim olduğunu bildirməkdir. Onun mandatı yoxdur, o, getməlidir”.
Müşahidəçilərin fikrincə etirazlar nə qədər ciddi görünsə də, Paşinyanın devriləcəyi real görünmür. Xüsusilə də aksiya iştirakçılarının sayı Paşinyanı devirmək üçün kifayət deyil.

  • Yazılıb
  • da (də) 2022 May 09
  • Göndərən جهان کمالی