Tarix : 2022 May 09
Kod 62520

Alman faşizmi üzərində tarixi qələbənin il dönümü...

1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.
Arannews :Bu gün faşizm üzərində qələbənin 77 ili tamam olur. 9 May tarixi təkcə Rusiyada deyil, bütün keçmiş sovet respublikalarında qeyd olunur.1941-ci il iyunun 22-də isə Hitler Almaniyası SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Gürcüstandan müharibəyə 750 min insan gedib. Onlardan hər ikisindən biri döyüşlərdə həlak olub. Bu müharibədə SSRİ-nin digər respublikalarına nisbətən Gürcüstan adambaşına faiz hesabı ilə daha çox öz həmyerlilərini itirib.
Ölkənin on minlərlə sakini hökumət tərəfindən mükafatlandırılıb, onlardan 167 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Hazırda Gürcüstanda İkinci Dünya müharibəsi veteranları yaşayır.
  • Yazılıb
  • da (də) 2022 May 09
  • Göndərən جهان کمالی