Tarix : 2022 May 10
Kod 62521

Putin Rusiyaya qarşı təcavüz planından danışıb

Rusiya prezidenti deyib: Rusiya sərhədləri yaxınlığında birbaşa təhlükə yaradıldı, o cümlədən Rusiyanın Krımına hücum hazırlanırdı.

Arannews :Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda Qələbə Paradında çıxışı zamanı deyib: “Açıq şəkildə Donbasda növbəti cəza əməliyyatına, tarixi torpaqlarımıza, o cümlədən Krıma təcavüzə hazırlıq gedirdi. Kiyevdə nüvə silahının mümkün əldə edilməsini bəyan etmişdilər və NATO bloku bizə bitişik ərazilərin aktiv şəkildə hərbi mənimsənilməsinə başlamışdı.”
Rusiya prezidenti yaranmış vəziyyətin Rusiyaya qarşı ciddi təhlükə olduğunu xatırladıb: “Beləliklə, bizim üçün və birbaşa sərhədlərimizdə tamamilə qəbuledilməz təhlükə yarandı”, - Rusiya Prezidenti vurğulayıb.
Putin bildirib ki, təhlükə hər gün artırdı: “Biz hərbi infrastrukturun necə inkişaf etdiyini, yüzlərlə xarici müşavirin necə işləməyə başladığını, NATO ölkələrindən mütəmadi olaraq ən müasir silahların çatdırıldığını görürdük. Təhlükə hər gün artırdı. Rusiya təcavüzə qabaqlayıcı cavab verib. Bu, məcburi, vaxtında və yeganə düzgün qərar suveren, güclü, müstəqil ölkənin qərarıdır”.

  • Yazılıb
  • da (də) 2022 May 10
  • Göndərən جهان کمالی