Tarix : 2022 May 10
Kod 62522

Rəisi: İran NATO-nun ekspansionist siyasətinə qarşıdır

İran prezidenti Seyid İbrahim Rəisi Tehranda səfərdə olan Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşdə, İranın Şimali Atlantika Alyansı NATO-nun genişlənmə siyasətlərinə qəti şəkildə qarşı olduğunu vurğulayıb.

Arannews :SəhərAzəri-nin məlumatına əsasən, Prezident Seyid İbrahim Rəisi bu görüşdə Ukrayna böhranına toxunaraq, deyib: "İran müharibə və qarşıdurmaya qarşı olduğu kimi, NATO-nun genişlənmə siyasətlərinə də şiddətlə qarşı olduğunu bəyan edir".
Rəisi bildirib ki, Tehran və Varşava bütün sahələrdə ikitərəfli münasibətləri gücləndirmək üçün müxtəlif potensiala malikdir.
Polşanın xarici işlər naziri də öz növbəsində İran və Polşa arasında əlaqələrin tarixinin 16-cı əsrə təsadüf etdiyinə diqqət çəkib. Rau bildirib ki, iki ölkə arasında təxminən beş əsrdir dostluq əlaqələri qurulub və iki ölkə arasında münasibətlərin ən yaddaqalan zirvələrindən biri İkinci Dünya Müharibəsi zamanı iranlıların Polşadan olan qaçqınlara qonaqpərvərliyidir.

  • Yazılıb
  • da (də) 2022 May 10
  • Göndərən جهان کمالی